5. Ümıımmilli lider Heydər Əliyev vergilər haqqında.

 

Ümummilli Liderimiz vergi sisteminin inkişafına daim diqqət göstərmiş, bu sahədə verdiyi tapşırıqlar əsasən vergi sistemində milli dəyərlər nəzərə alınmaqla müasir Avropa standartlarına uyğunlaşdırılması istiqamətində təkmilləşdirmələr aparılmasından, vergi sisteminin mütərəqqi prinsiplər əsasında formalaşdırılmasından ibarət olmuşdur. Özəl sektorun inkişafına diqqət və qayğı, iqtisadi inkişafın vergi tənzimlənməsi məsələləri onun  rəhbərliyi altında müəyyən edilən vergi siyasətinin mahiyyətini, məğzini təşkil edir. Bu prinsiplər Ulu öndərimizin aşağıdakı müdirik, fəlsəfi fikirləringə özünü daha qabarıq döstərir.

       - «Əgər biz müstəqil dövlətiksə, müstəqil inkişaf etmək istəyiriksə, biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik. Buna görə də vergi orqanlannın işinə daha çox diqqət yetirməliyik».

     20 may 1994-cü il

       - «Özəl sektorun əsas işinə Vergilər Nazirliyi nəzarət etməlidir. Özəl sektorda insanlara imkan yaratmaq lazımdır ki, onlar işləsinlər, məhsul istehsal etsinlər, vergilərini versinlər. ...Onlann hamısını ancaq Vergilər Nazirliyi yoxlaya bilər. Əgər həmin şirkət qanunsuz iş görürsə, istehsal etdiyi, satdığı malı vergidən gizlədirsə və yaxud başqa qanunsuz işlər edirsə, onda Vergilər Nazirliyinin lazımi tədbirlər görməyə səlahiyyəti vardır».

      16 oktyabr 2000-ci il

       - «Özəl sektorun inkişafı ilə korrupsiya, rüşvətxorluq yan-yana ola bilməz... Mən dəfələrlə demişəm, bütün bu məsələləri Vergilər Nazirliyi tənzimləməlidir. Amma güman edirəm ki, əgər böyük istehsal varsa, dövlətə verilən vergi də yüksək olacaqdır. Bax, bizə lazım olan əsas fakt budur».

     11 fevral 2001-ci il

        - «Özəl sektora kömək etmək lazımdır. Özəl sektorun işinə qanunsuz müdaxilə etmək lazım deyil. Vergilər Nazirliyi yeganə nazirlikdir ki, özəl sektorla əlaqə qurub vergisini alır. Amma onun da borcu ondan ibarətdir ki, vergidən yayınanları, aldadanları, fırıldaqçıları meydana çıxarsın».

     23 iyun 2001-ci il