3.  İnzibati idarəetmənin yaxşılaşdınlmasına və vergilərin dövlət büdcəsinə tam səfərbər olunması.

 

Qeyd edilən fərmanlardan irəli gələn məsələlərin həlli ilə bağlı 2002-ci ilin sonunda Vergilər Nazirliyinin strukturunda əsaslı dəyişikliklər edildi.

Ümumilli lider Heydər Əliyevin vergi xidmətinə olan diqqəti və qayğısının nəticəsi olaraq, vergi ödəyicilərinə göstərilən xidmətin yüksək səviyyədə təşkili də vergi sistemində aparılan islahatların mühüm istiqamətlərindəndir.

2000-ci ildə respublikamızın yerli vergi orqanlarında məlumatlandırma şöbələri, 2002-ci ilin sonunda  vergi ödəyicilərinin məlumatlandırılması işini gücləndirmək məqsədilə nazirliyin mərkəzi aparatında Vergi ödəyicilərinə xidmət idarəsi yaradılmışdır, Orta ümumtəhsil məktəblərində 3-11 siniflərdə vergilərin tədrisi ilə bağlı vergilər sahısində dərs vəsaitləri 2000-ci ildən buraxılmış və məktəblərə  paylanılmışdır.

         Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sisteminin, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Vergi Məcəlləsinin əsas məqsədi aşağıdakı mühüm vəzifələrin həyata keçirilməsidir:

-ədalətli, sabit, vahid vergi sisteminin bərqərar olunması, vahid vergi məkanında onun bütün elementlərinin qarşılıqlı əlaqəsinin hüquqi mexanizmlərinin yaradılması;

-sahibkarların və dövlətin balanslaşdırılmış maraqlarının nəzərə alınması;

-vahid vergi hüququ bazasının formalaşdırılması, vergi hüquq pozuntularına görə məsuliyyət sisteminin təkmilləşdirilməsi.

Vergi Məcəlləsi vergi orqanları ilə vergi ödəyiciləri arasındakı qarşılıqlı vergi münasibətlərini keyfiyyətcə yeni səviyyəyə çıxaran bütün prosessual halları nəzərdə tutur. Bununla belə, tam ədalətli vergitutmanın bütün incəliklərini özündə birləşdirən vergi sisteminin, vergi qanunvericiliyinin yaradılması demək olar ki, hələ dünyanın heç bir ölkəsinə müəssər olmamışdır. Ona görə də vergi qanunvericiliyi mütəmadi olaraq təkmilləşdirilir, onda müəyyən dəqiqləşmələr aparılır.

          Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında vergi siyasətinin konsepsiyasının əsas konturları müəyyənləşdirildi və bu sahədə radikal islahatların aparılmasına başlanıldı.