2.
Azərbaycanda vergi qanunvericiliyinin təkmilləşdirilməsi.
Vergi sahəsində əldə edilmiş ən böyük uğurlar sırasına, ilk növbədə, 2001-ci ildə Vergi Məcəlləsinin qəbul edilməsi və təkmil qanunvericilik bazasının yaradılması daxildir.
Bu
gün vergi sisteminin yenidən qurulması prosesinə nəzər saldıqda nə qədər böyük
dəyişikliklərin baş verdiyinin şahidi ola bilərik. Məlum olduğu kimi,
Azərbaycanda vergi xidmətinin modernləşdirilməsi prosesinə təxminən 14-15 il
bundan əvvəl başlanıb. Həmin dövrdə ümummilli liderin rəhbərliyi altında
aparılan irimiqyaslı islahatlara yönələn yeni siyasət ölkənin iqtisadi
sistemində əhəmiyyətli canlanma yaratmışdı. Belə bir şəraitdə ölkənin vergi
siyasətini yenidən qiymətləndirmək və yeni iqtisadi siyasətə uyğunlaşdırmaq
zərurəti meydana gəlmişdi. Ölkənin iqtisadi inkişaf perspektivləri və
işgüzarlığın fəal şəkildə artması qanunvericilik bazasının təkmilləşdirilməsini
tələb edirdi.
Ona görə də Heydər Əliyev bu məsələni öz
nəzarətinə götürmüş və Vergi Məcəlləsinin layihəsinin hazırlanması ilə bağlı
onun göstərişləri qısa müddət ərzində icra olunmuşdu. Vergi Məcəlləsinin
layihəsi hazırlanarkən ulu öndər xalqımızın milli xüsusiyyətlərini,
mentalitetini və sosial vəziyyətini nəzərə almağı mühüm bir məsələ kimi qarşıya
qoymuşdu. Bu məqsədlə Məcəllənin hazırlanması zamanı qanunvericiliyin uzun
müddət sabit qalması, güzəşt və imtiyaz sisteminin ünvanlı olması, eləcə də
vərəsəlik əsasında keçən mirasın vergilərdən azad edilməsi kimi məsələlər nəzərə
alınmışdı.
Vergi Məcəlləsinin
qəbul edilməsi və təkmil qanunvericilik bazasının yaradılması ölkəmizin
həyatında tarixi bir hadisə olaraq vergi sisteminin təkmilləşdirilməsi və onun
beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış ən başlıca addım
idi. Bu sənədin qəbulu islahatların genişləndirilməsi üçün təkan rolunu
oynayaraq ölkədə investisiya və vergi mühitinin əhəmiyyətli şəkildə
yaxşılaşmasına gətirib çıxardı. Vergi siyasəti təkcə büdcə gəlirlərini təmin
etməyi nəzərdə tutan fiskal məqsədlərə deyil, həm də ölkədə iqtisadi inkişafı
sürətləndirmək, optimal vergitutma mexanizmi ilə əlverişli investisiya mühiti
yaratmaq, sahibkarlığın inkişafını stimullaşdırmaq kimi məqsədlərə xidmət etməyə
başladı.
Heydər Əliyevin Vergilər Nazirliyinin yaradılması ilə bağlı imzaladığı fərman dövlət başçısının vergi xidmətinin nüfuzunun qaldırılması istiqamətində atdığı çox mühüm addımlardan biri idi. Ulu öndər "Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik" deməklə, vergi siyasətinin iqtisadi siyasətin mühüm tərkib qolu olduğunu, iqtisadi tənzimləmədə və fiskal siyasətin həyata keçirilməsində vergi siyasətinin aparıcı rolunu müəyyən etmişdi.
Həmin dövrdə Heydər Əliyevin siyasi dəstəyinin, birbaşa tapşırıq
və tövsiyələrinin əsasında vergi xidmətində əsaslı struktur islahatlarına start
verildi.
Beynəlxalq standartlara cavab verən vergi inzibatçılığının əsas hədəfləri
həm vergi ödəyicilərinin, həm vergi orqanlarının tələblərinə cavab
verməli, bununla bağlı inzibatçılığın fəaliyyət istiqamətləri bir-birini
tamamlamalı və aşağıdakı istiqamətlər üzrə
tarazlıq əsasında inkişaf
edilməlidir:
1) Vergi inzibatçılığının vergi
ödəyicilərinin vergilərin könüllü ödənilməsinin artmasına yönəlməsi;
2) Sahibkarlıq subyektlərinin informasiya təminatının daha da yaxşılaşdırılması
və məlumat əldə etmə imkanlarının genişləndirilməsi;
3) Vergi ödəyicilərinin qeydiyyatının daha da
təkmilləşməsi;
Sahibkarlıq subyektlərinin qeydiyyatını aparan vergi orqanının xidmət sahəsi
müasir tələblərə cavab verən şəraitə malik olmalı, ən yeni informasiya
texnologiyaları ilə təchiz edilməlidir.
4) Ayrı-ayrı iqtisadi fəaliyyət növləri və vergi ödəyicilərinin qrupları üzrə
vergidən yayınma risklərini aşkar edilməsi və bu risklərin aradan qaldırılması
üçün vergi inzibatçılığının potensialının daha da artırılması;
5) Vergi qanunvericiliyinin və
vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı informasiya kompüter
texnologiyalarının tətbiq sahələrinin və imkanlarınin daha da genişləndirilməsi;
6) Vergi orqanlarının əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması və
həvəsləndirmə tədbirlərinin işçilərin bir başa fəaliyyət nəticələrinə
bağlanılması;
7) Vergi sahəsində Avropa İttifaqına üzv olan ölkələrlə əməkdaşlığın inkişaf
etdirilməsi;
8) Vergi ödəyicilərinin hüquqlarınin
qorunmasının yaxşılaşdırılması məqsədilə apelyasiya sisteminin
daha da təkmilləşdirilməsi.
2001-ci ilin yanvar ayının 1-dən qüvvədə olan Azərbaycan Respublikasının
Vergi Məcəlləsi digər məsələlərlə yanaşı Respublikada vergi sistemini,
vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və
yığılması qaydalarını müəyyən edir.
“Əgər biz müstəqil
dövlətiksə, müstəqil inkişaf etmək istəyiriksə, biz bazar iqtisadiyyatını vergi
yolu ilə tənzimləməliyik. Buna görə də vergi orqanlarının işinə daha çox diqqət
yetirməliyik”
tezisi ilə verginin iqtisadi siyasətin mühüm tərkib hissəsi kimi aparıcı rolunu
dahiyanə ehtiva edən Ümummilli Lider Vergilər Nazirliyinin yaradılması, Vergi
Məcəlləsinin qəbul edilməsi və digər aidiyyəti qərarları ilə müstəqil Azərbaycan
dövlətinin vergi sisteminin formalaşmasının təşəbbüskarı və banisidir.
Vergi Məcəlləsinin qəbul edilməsi islahatların genişləndirilməsi üçün təkan
rolunu oynadı. Bu dövrə qədər vergi siyasəti faktiki olaraq vergitutma sahəsində
qəbul edilmiş bir sıra qanunlar və digər normativ- hüquqi aktlarla tənzimlənirdi
ki, onların da çoxu ölkədə aparılan iqtisadi islahatların tələblərinə cavab
vermir, bir-birilə ziddiyyət təşkil edir, sahibkarlığın inkişafına
maneçilik törədir, investisiya mühitinin cəlbediciliyini təmin etmirdi.
Ümumilli liderimiz Heydər Əliyevin 2002-ci ilin ortalarında yerli və xarici iş
adamları ilə keçirdiyi görüşlərdən sonra
«Azərbaycan Respublikasında kiçik və
orta sahibkarlığın inkişafının Dövlət Proqramının» (2002-2005-ci illər) təsdiq
edilməsi haqqında, «Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət
himayəsi sahəsində əlavə tədbirlər haqqında, «Sahibkarlığın inkişafına mane olar
müdaxilələrin qarşısının alınması haqqında»
imzaladığı tarixi Fərmanlarla dövlət
vergi orqanlarının qarşısında bir sıra mühüm vəzifələr qoyulmuşdur.