Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizin dövlətçilik
tarixində müstəsna yeri vardır. O, öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi
uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində,
müasir Azərbaycan dövlətinin qurulmasında böyük rol oynamışdır.
Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş
cəmiyyətinin formalaşması, elmin, təhsilin, mədəniyyətin inkişafı Heydər
Əliyevin adı ilə bağlıdır. Ölkəmizin Əsas Qanunu olan Konstitusiyanın qəbul
edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq
normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara
uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması Heydər Əliyevin
rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib
hissələridir.
Müstəqil Azərbaycan
dövlətinin yaşaması, inkişaf edərək dünya dövlətləri arasında layiqli yer
tutması, qüdrətli bir ölkə kimi təşəkkülü və davamlı inkişafı üçün biz ulu öndər
Heydər Əliyevə borcluyuq. Ümummilli lider bütün şüurlu həyatını canından artıq
sevdiyi xalqının xoşbəxt yaşamasına, ölkəmizin tərəqqisinə həsr etmişdir.
Azərbaycanı iri
addımlarla yeni əsrə və yeni ideoloji üfüqlərə aparan bu müdrik insanın
yaratdığı böyük potensialdan Azərbaycan xalqı bu gün də faydalanır. Müasir
tariximizin 40 ilə yaxın bir mərhələsi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz
onun rəhbərliyi altında ötən əsrin 70-80-ci illərində Azərbaycan
iqtisadiyyatının təməli və sahəvi strukturu formalaşmışdır.
Həmin illər Heydər
Əliyevin rəhbərliyi altında respublikamızda bir çox yeni istehsalat sahələri
yaradılmış, 200-dən artıq iri sənaye müəssisəsi işə salınmışdır. O zaman bir çox
mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən
birini tuturdu.
Bu gün Azərbaycan iqtisadiyyatının özəyini təşkil edən neft sənayesi, digər
sənaye obyektləri, iri istehsal kompleksləri, su anbarları, dəryaçalar, yollar
məhz Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir və müstəqil Azərbaycan
Respublikasının iqtisadiyyatı məhz həmin təməl üzərində inkişaf edir.
Azərbaycanda müasir
vergi xidmətinin yaradılması da ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır. Məhz Heydər Əliyevin təşəbbüsü və qayğısı sayəsində, onun bilavasitə
rəhbərliyi altında ölkədə aparılan iqtisadi islahatların tərkib hissəsi olaraq
vergi sisteminin müasir standartlar əsasında formalaşması üçün mühüm tədbirlər
həyata keçirilmiş, ölkəmizin vergi siyasətinin konsepsiyası, vergi sistemində
aparılan islahatların fəlsəfəsi, strategiyası müəyyən olunmuşdur.
Ümumilli lider Heydər
Əliyevin Azərbaycanın vergi sisteminin dünya standartlarına uyğunlaşdırılması
istiqamətində əsasını qoyduğu siyasət kursunu şərti olaraq iki mərhələyə bölmək
olar:
1993-1999 –cu illər və
1999-2003-cü illər.
Yuxarıda qeyd etdiyimiz kimi, birinci mərhələ 1993-1999 cu illəri əhatə edir.
Bu dövrdə yeridilən iqtisadi siyasətin əsas məqsədi ölkənin iqtisadi xaosdan
çıxarılmasına, makroiqtisadi sabitliyin möhkəmləndirilməsinə,əlverişli
investisiya mühitinin yaradılmasına, milli istehsalın artırılmasına nail
olmaqdan ibarət idi. O zaman
respublikada həyata keçirilən irimiqyaslı islahatların tərkib hissəsi kimi
vergilər sahəsində də köklü dəyişikliklər aparılmışdır. Aparılan uğurlu
islahatlar nəticəsində inflyasiya və büdcə kəsiri minimuma endirilmiş, ötən
əsrin doxsanıncı illərinin birinci yarısında iqtisadiyyatda mövcud geriliyin
qarşısı alınmış və uzunmüddətli böhrandan sonra
iqtisadi artıma nail olunmuşdur.
Həmin dövrdə bu sahədə səmərələliyin artırılması məqsədi ilə Azərbaycan
Respublikası Prezidentinin aşağıda qeyd edilən Fərmanları imzalanmışdır:
1) 17 iyun 1996-cı il tarixli «İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə
dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi
barədə»;
2) 7 yanvar
1997-ci il tarixli «Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və
sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında».
Müasir vergi siyasəti kursunun ikinci
mərhələsi isə 1999-cu ildən sonrakı dövrü əhatə edir.
1999-cu ildən başlayaraq respublikamızda vergi sisteminin kompleks
islahatlarının planı işlənib hazırlanmışdır. 1999-cu ildən başlanmış
islahatların ilkin mərhələsində bütün diqqət təkmil vergi qanunvericiliyinin
yaradılmasına, inzibati idarəetmənin yaxşılaşdınlmasına və vergilərin dövlət
büdcəsinə tam səfərbər olunmasma yönəldildi.
Müasir vergi
sisteminin formalaşdırılması sahəsində ümumimilli lider Heydər Əliyevin qərarı
ilə yeni inkişaf mərhələsinə Vergilər Nazirliyinin yaradılması ilə start
verildi. Qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, islahatların elə ilk
mərhələsində ümummilli lider Heydər Əliyev 2000-ci il 11 fevral tarixli fərmanı
ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında dövlətin vergi siyasətinin həyata
keçirilməsi, dövlət büdcəsinə vergilər və digər daxilolmaların vaxtında və tam
yığılmasını təmin edən, vergitutma sahəsində dövlət nəzarətini həyata keçirən
mərkəzi icra hakimiyyəti orqanının - Vergilər Nazirliyinin yaradılması barədə
qərar qəbul etdi.