Azərbaycanın vergi sisteminin ötən illərdə əldə etdiyi uğurlardan biri də
beynəlxalq vergi sisteminə inteqrasiyasıdır. Digər ölkələrin vergi orqanları ilə
ikitərəfli və çoxtərəfli əsaslarda qurulan əməkdaşlıq, vergi sahəsində fəaliyyət
göstərən nüfuzlu beynəlxalq təşkilatlarla hərtərəfli işgüzar əlaqələr
Azərbaycanın beynəlxalq inteqrasiya siyasətinə uyğun həyata keçirilmişdir.
Azərbaycanın vergi sisteminin fəaliyyətinin ötən 12 ildə işlək mexanizmlər
üzərində qurulması və innovativ yeniliklərə çevik reaksiyası ilə fərqlənməsi,
ilk növbədə, beynəlxalq vergi sisteminə uğurlu inteqrasiyanın nəticəsidir.
2003-2014-cü illərdə digər ölkələrin
vergi orqanları ilə ikitərəfli və çoxtərəfli əsasda qurulmuş əməkdaşlıq, habelə
vergi sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlarla işgüzar
əlaqələr praktik nəticələrlə zəngindir.
Bu müddətdə Vergilər Nazirliyi ikitərəfli və çoxtərəfli vergi sazişləri
şəbəkəsinin genişləndirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı,
beynəlxalq tədbirlərin təşkili, uğurlu beynəlxalq təcrübənin tətbiqi, habelə
milli vergi sisteminin dünyada tanıdılması istiqamətində çoxşaxəli tədbirlər
həyata keçirmişdir.
2003-2015-cü illərdə 30 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması
haqqında ikitərəfli müqavilə, 6 ölkə ilə vergi qanunvericiliyinə əməl
edilməsi məsələləri üzrə qarşılıqlı inzibati yardım və məlumat mübadiləsi
haqqında saziş, 3 ölkə ilə vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlıq
haqqında saziş, 6 ölkə ilə vergi orqanları arasında əməkdaşlıq haqqında sazişlər
imzalanmışdır. Ən son İspaniya Krallığı, Vyetnam və Səudiyyə Ərəbistanı kimi
dövlətlərlə də bu cür sazişlər imzalanmışdır. Ümumilikdə 48 ölkə ilə ikiqat
vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələr imzalamış,
onlardan 44-ü qüvvəyə minmişdir.
İkiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlər
Dövlətlər | İmzalanma tarixi | Qüvvəyə minmə tarixi | ||
1 |
Almaniya
|
25.08.2004 |
28.12.2005 |
|
2 |
Avstriya Respublikası |
04.07.2000 |
23.02.2001 |
|
3 |
Belarus Respublikası |
08.08.2001 |
29.04.2002 |
|
4 |
Belçika Krallığı |
18.05.2004 |
12.08.2006 |
|
5 |
Birləşmiş Ərəb Əmirlikləri |
20.11.2006 |
25.07.2007 |
|
6 |
Bosniya və Herseqovina |
18.10.2012 |
26.12.2013 |
|
7 |
Böyük Britaniya
|
23.02.1994 |
29.09.1995 |
|
8 |
Bolqarıstan Respublikası |
12.11.2007 |
25.11.2008 |
|
9 |
Çexiya Respublikası |
24.11.2005 |
16.06.2006 |
|
0 |
Çin Xalq Respublikası |
17.03.2005 |
17.08.2005 |
|
1 |
Estoniya Respublikası |
30.10.2007 |
27.11.2008 |
|
2 |
Finlandiya Respublikası |
29.09.2005 |
29.11.2006 |
|
3 |
Fransa Respublikası |
20.12.2001 |
01.10.2005 |
|
4 |
Gürcüstan |
18.02.1997 |
01.12.1997 |
|
5 |
İordaniya
Krallığı |
05.05.2008 |
XXX |
|
6 |
İran İslam Respublikası |
10.03.2009 |
25.01.2010 |
|
7 |
İsveçrə Konfederasiyası |
23.02.2006 |
13.07.2007 |
|
8 |
İspaniya krallığı |
23.04.2014 |
XXX |
|
9 |
İtaliya Respublikası |
21.07.2004 |
28.04.2010 |
|
0 |
Kanada |
07.09.2004 |
23.01.2006 |
|
1 |
Koreya Respublikası |
19.05.2008 |
25.11.2008 |
|
2 |
Küveyt Dövləti |
10.02.2009 |
XXX |
|
3 |
Latviya Respublikası |
03.10.2005 |
19.04.2006 |
|
4 |
Litva Respublikası |
02.04.2004 |
13.11.2004 |
|
5 |
Lüksemburq Hersoqluğu |
16.06.2006 |
02.07.2009 |
|
6 |
Makedoniya Respublikası |
19.04.2013 |
12.08.2013 |
|
7 |
Macarıstan Respublikası |
18.02.2008 |
15.12.2008 |
|
8 |
Moldova Respublikası |
27.11.1997 |
28.01.1999 |
|
9 |
Monteneqro Respublikası |
12.03.2013 |
04.11.2013 |
|
0 |
Niderland Krallığı |
22.09.2008 |
18.12.2009 |
|
1 |
Norveç Krallığı |
24.04.1996 |
19.09.1996 |
|
2 |
Özbəkistan Respublikası |
27.05.1996 |
02.11.1996 |
|
3 |
Pakistan İslam Respublikası |
10.04.1996 |
01.07.1997 |
|
4 |
Polşa Respublikası |
26.08.1997 |
20.01.2005 |
|
5 |
Qətər Dövləti |
28.08.2007 |
11.03.2008 |
|
6 |
Qazaxıstan Respublikası |
16.09.1996 |
07.05.1997 |
|
7 |
Rumıniya Respublikası |
29.10.2002 |
29.01.2004 |
|
8 |
Rusiya Federasiyası |
03.07.1997 |
03.07.1998 |
|
9 |
Sloveniya Respublikası |
09.06.2011 |
10.09.2012 |
|
0 |
Serbiya Respublikası |
13.05.2010 |
01.12.2010 |
|
1 |
Səudiyyə Ərəbistanı |
13.05.2014 |
XXX |
|
2 |
Tacikistan Respublikası |
13.08.2007 |
11.02.2008 |
|
3 |
Türkiyə Respublikası |
09.02.1994 |
01.09.1997 |
|
4 |
Ukrayna |
30.07.1999 |
03.07.2000 |
|
5 |
Vyetnam |
19.05.2014 |
11.11.2014 |
|
6 |
Yaponiya |
30.05.2005 |
11.04.2008 |
|
7 |
Yunanıstan Respublikası |
16.02.2009 |
11.03.2010 |
|
8 |
Xorvatiya Respublikası |
12.03.2012 |
18.03.2013 |
Biznes qeydiyyatı sahəsində ixtisaslaşmış beynəlxalq
qurumlarla əlaqələrin genişləndirilməsinə çalışan nazirlik 2010-cu ildən
Avropada Kommersiya Qeydiyyatçıları Təşkilatının (ECRF), 2012-ci ildən isə
Korporativ Qeydiyyatçılar Forumunun (CRF) tamhüqüqlu üzvü olmaqla, hər iki
qurumun təşkilatçılığı ilə keçirilən tədbirlərdə yaxından iştirak edir.
Hazırda Vergilər Nazirliyinin İslam Ölkələrinin
Vergi Orqanları Assosiasiyası (ATAIC), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Qara
Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), Amerika Ölkələrinin Vergi
Administrasiyaları Mərkəzi (CIAT), Beynəlxalq Vergi və İnvestisiya Mərkəzi
(ITIC) ilə sıx əməkdaşlığı mövcuddur. Eyni zamanda, beynəlxalq maliyyə qurumları
- Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Maliyyə Korporasiyası, Dünya Bankı və s.
ilə əməkdaşlıq yüksələn xətlə inkişaf edir.
Ötən illərdə nazirliyin təşəbbüsü və təşkilatçılığı
ilə Azərbaycanda təşkil olunan müxtəlif beynəlxalq tədbirlər istər ölkənin vergi
sisteminin tanıdılması, istərsə də qarşılıqlı təcrübə mübadiləsi baxımından
səmərəli olmuşdur. 2003-cü ildə Bakıda MDB iştirakçısı olan dövlətlərin vergi
xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının 4-cü iclası, 2007-ci ildə
IOTA-nın «Vergi ödəyicilərinə xidmət» İşçi Qrupunun iclası, 2008-ci ildə MDB
iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya
Şurasının 15-ci iclası təşkil edilmişdir.
2010-2013-cü illərdə IOTA-nın «ƏDV fırıldaqçılığının
aşkarlanması və qarşısının alınması» İşçi Qrupunun iclası, Avrasiya Maliyyə
Ekspertlərinin 7-ci illik seminarı, MDB iştirakçısı olan dövlətlərin vergi
(maliyyə) təhqiqat orqanlarının Koordinasiya Şurasının 13-cü iclası, IOTA-nın
«Vergi borclarının idarə edilməsi» İşçi Qrupunun iclası, Azərbaycan-Litva
İkitərəfli Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 2-ci iclası, MDB
iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya
Şurasının 19-cu iclası, IOTA-nın Baş Əlaqələndirici Şəxslərinin 19-cu Forumu,
OECD-nin «Çoxmilli müəssisələrin auditi» mövzusunda seminarı Bakı şəhərində
keçirilmişdir.
2012-ci ilin fevralında Beynəlxalq Antikorrupsiya
Akademiyasının (IACA) nümayəndə heyəti Azərbaycanda işçi səfərdə olmuşdur. Səfər
çərçivəsində Vergilər Nazirliyinin Tədris Mərkəzində «Azərbaycan Respublikasında
korrupsiyaya qarşı mübarizə: nailiyyətlər və perspektivlər» mövzusunda konfrans
keçirilmişdir.
Nazirlik vergitutma sahəsində beynəlxalq təcrübənin
öyrənilməsi və tətbiqi sahəsində də bir sıra layihələr həyata keçirmişdir.
2003-cü ildə nazirlikdə Türkiyə təcrübəsi əsasında Telefon Məlumat Mərkəzi
yaradılmış, 2005-ci ildə isə Fransa təcrübəsi əsasında vergi orqanlarına test
üsulu ilə işə qəbul reallaşdırılmışdır. 2006-cı ildən Türkiyə təcrübəsi əsasında
Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin, 2008-ci ildə Çili təcrübəsi
əsasında ƏDV üzrə elektron hesab-fakturalar sisteminin, 2010-cu ildən
Bolqarıstan təcrübəsi əsasında ƏDV-nin vahid depozit hesabının, 2010-cu ildən
Serbiya təcrübəsi əsasında nəzarət-kassa aparatlarına məlumatların məsafədən
elektron ötürülməsi qurğularının (GPRS) tətbiqi gerçəkləşdirilmişdir.
2011-ci ilin martından Avropa İttifaqının tvinninq texniki
yardım aləti çərçivəsində «Kompüter əsaslı audit sistemi sahəsində Azərbaycan
Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi» adlı tvinninq
layihəsinin həyata keçirilməsinə başlanılmış və 2013-cü ilin may ayında başa
çatdırılmışdır. Layihənin məqsədi elektron auditin inkişafı sahəsində
texnoloji, metodoloji və insan potensialının beynəlxalq standartlara
uyğunlaşdırılmasıdır. Layihənin reallaşdırılması zamanı Vergilər Nazirliyinin
əsas tərəfdaşı isə Niderland Krallığının Vergi və Gömrük Administrasiyası
olmuşdur. Bundan əlavə, «İnsan resurslarının inkişafı sahəsində Vergilər
Nazirliyinin Tədris Mərkəzinə dəstəyin göstərilməsi» adlı tvinninq layihə sənədi
2011-ci ilin dekabr ayında İqtisadi İnkişaf Nazirliyinə təqdim edilmişdir.
Hazırda layihə üzrə tərəfdaş ölkənin seçilməsi istiqamətində müvafiq işlər
görülür.
Nazirliyin əməkdaşlarının müxtəlif ölkələrdə keçirilən
tədbirlərdə iştirakının təmin edilməsi də beynəlxalq əlaqələrin
genişləndirilməsinə təkan verir. Beynəlxalq və regional təşkilatların vergi
inzibatçılığının müxtəlif sahələrinə dair keçirdiyi müxtəlif formatlı
tədbirlərdə, habelə qarşılıqlı təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil
edilən işçi səfərlərdə nazirliyin nümayəndələrinin iştirakı təmin olunur.
Vergilər Nazirliyi mütəxəssislərinin peşəkar bilik və
bacarıqlarının artırılması baxımından IOTA və OECD tərəfindən təşkil edilən
seminarlar da mühüm əhəmiyyətə malik olmuşdur.