Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli sərəncamı
ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında vergi inzibatçılığının
təkmilləşdirilməsi Dövlət Proqramı» çərçivəsində Vergilər Nazirliyinin apardığı
işlərin mühğm istiqamətlərindən biri elektron xidmətlərin ardıcıl tətbiqi və
səmərəli istifadə olunmasıdır.
Cənab Prezident İlham Əliyev çıxışlarının birində demişdir: “ Elektron hökümət
prinsiplərinə keçməyimiz korrupsiyaya qarşı mübarizədə çox təsirli amil
olacaqdır. Bütövlükdə çalışmalıyıq ki, nə qədər mümkündür, məmur-vətəndaş
təmaslarını aradan qaldıraq”.
«E-hökumət»
layihəsi çərçivəsində davamlı şəkildə reallaşdırılan elektron xidmətlər bir
tərəfdən nazirliyin fəaliyyətinin çevikliyini, şəffaflığını, hesabatlılığını
təmin etmiş, digər tərəfdən vergi ödəyicilərinə göstərilən xidmətlərin
keyfiyyəti, səmərəliliyi əhəmiyyətli dərəcədə artmışdır. İlk uğurlu layihələrdən
biri 2006-cı ildən «Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi»nin (AVİS)
tətbiqi olmuşdur. AVİS elektron hökumətin qurulması istiqamətində həyata
keçirilən mühüm layihələrdən olmaqla, vergi sahəsində mühüm texnoloji
dəyişikliklərə, bu sahənin dinamik inkişafına təkan vermişdir. Layihənin
reallaşdırılması nəticəsində Azərbaycanın vergi xidməti təkcə MDB ölkələri
arasında deyil, həm də Şərqi Avropada ən müasir informasiya texnologiyasına
malik xidmətlərdən birinə çevrilmişdir.
2007-ci ildən vergi bəyannamələrinin elektron formada təqdim edilməsi
sisteminə keçid «e-xidmətlər» sahəsində mühüm yeniliklərdən olmuşdur. Bu
məqsədlə İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) yaradılmış, beləliklə,
vergi ödəyiciləri bəyannamələrini vergi orqanlarına gəlmədən - elektron formada
təqdim etmək imkanı əldə etmişlər. Bu layihə bəyannamələrin elektron formada
qəbulunu, hər bir vergi ödəyicisinin sərbəst şəkildə öz ofisindən, evindən
internetlə Vergilər Nazirliyinin saytına daxil olaraq məlumatlarına baxa bilməsi
imkanlarını da yaratmışdır. 2012-ci ildə bütün bəyannamələrin 90%-i, ƏDV
bəyannamələrinin isə 99,8%-i elektron formada göndərilmişdir.
«E-xidmətlər» sahəsində digər mühüm yeniliklərdən biri 2008-ci il 1 yanvar
tarixdən ƏDV-nin vahid depozit hesabının tətbiqinə başlanılması olmuşdur. Yeni
sistem ƏDV-nin hərəkətinə və əvəzləşdirilməsinə, ƏDV üzrə dövlət büdcəsinə
ödənişlə bağlı vergi ödəyicilərinin əməliyyatlarına vergi orqanları tərəfindən
səmərəli nəzarətin həyata keçirilməsinə imkan yaratmışdır. ƏDV depozit hesabının
tətbiqi nəticəsində təkcə 2008-ci ildə ƏDV üzrə daxilolmalar 2007-ci illə
müqayisədə 76,3% artmışdır. Bundan başqa, 2010-cu ilin əvvəlindən «e-ƏDV»
hesab-fakturalarının tətbiqinə başlanılmışdır.
2008-ci ildən banklarla real vaxt rejimində (onlayn) inteqrasiya (bank
hesablarının onlayn rejimdə açılması, şəhadətnamə-dublikatın onlayn rejimdə
göndərilməsi) sisteminin tətbiqinə başlanılmışdır. 1 yanvar 2015-ci il tarixə
Vergilər Nazirliyi ilə elektron sənəd mübadiləsi olan bankların sayı 41-ə
çatmışdır.41 kommersiya bankı Vergilər Nazirliyi ilə elektron sənəd mübadiləsinə
qoşulmuşdur.
2008-ci ildən, həmçinin, sahibkarlıq subyektlərinin «bir pəncərə» prinsipi üzrə
qeydiyyat sisteminin tətbiqi qeydiyyat prosedurlarının sadələşdirilməsi ilə
yanaşı, sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının dinamikasına müsbət
təsir etmişdir. Bu sistem vasitəsilə ötən illərdə 311,5 mindən çox vergi
ödəyicisi qeydiyyatdan keçmişdir və onlardan 9,2%-ni kommersiya hüquqi şəxslər
təşkil edir. Yeri gəlmişkən, 2011-ci ildən fərdi sahibkarların vergi orqanlarına
gəlmədən real vaxt (onlayn) rejimində qeydiyyat sistemi tətbiq olunmuş, 2012-ci
ildən yerli hüquqi şəxslərin (MMC) dövlət qeydiyyatının elektron qaydada
aparılmasına başlanılmışdır.
2011-ci ilin 1 iyul tarixindən tətbiqinə başlanılan fərdi sahibkarların
E-qeydiyyat sistemi vasitəsilə 01.01.2015-ci il tarixinə qədər 82.726 fiziki
şəxs vergi uçotuna alınmışdır ki, bu da həmin dövrdə qeydiyyata alınmış fiziki
şəxslərin 34.7 faizini təşkil etmişdir.
2012-ci ildən ölkədə tətbiq edilən kommersiya hüquqi şəxslərin e-qeydiyyat
sistemi vasitəsilə 01.01.2015-ci il tarixinə qədər 7045 yerli investisiyalı
məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alınmışdır ki, bu da həmin
dövrdə qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin 39.2 faizini təşkil
etmişdir.
«E-qeydiyyat»ın tətbiqi ilə biznesə başlamaq üçün tələb olunan prosedurlar 6-dan
3-dək, sənədlərin sayı isə 7-dən 2-yə qədər azalmışdır. Qanuna əsasən, hüquqi
şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır, nizamnamə kapitalının
əvvəlcədən ödənilməsi və e-qeydiyyat zamanı ərizənin notarial qaydada təsdiq
edilməsi tələb olunmur.
2010-cu ildən nəzarət kassa-aparatlarında məsafədən ötürmə qurğularının (GPRS
sistemi) tətbiqi mühüm yeniliklərdən biri olmaqla, təsərrüfat subyektlərinin
vergidən yayınması hallarının qarşısını almağa xidmət etmişdir. Həmin ildən,
eyni zamanda, «Onlayn kargüzarlıq: vergi orqanları və digər vergi ödəyiciləri
ilə elektron yazışma sistemi»nin tətbiqinə başlanılmışdır.
2011-ci ildən vətəndaşların internet üzərindən videoqəbuluna başlanılmışdır.
2012-ci ildən vergi ödəyicilərinə vergiləri internet vasitəsilə ödəmək imkanı
yaradılmışdır. Dünya Bankının «Doing Business» qrupunun təhlili göstərir ki,
«vergi bəyannamələrinin hazırlanması», «göndərilməsi» və «vergilərin ödənişi»nə
sərf olunan vaxt «Böyük Səkkizlik» ölkələrində orta hesabla 219 saat (bu,
dünyada orta göstəricidən 67 saat azdır), İƏİT üzvü ölkələrində 212
saat, Azərbaycanda isə 214 saatdır.
2011-2013-cü illərdə Niderland Krallığının Vergi Administrasiyası ilə birlikdə
«Kompüter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər
Nazirliyinə dəstəyin göstərilməsi» adlı Tvinninq layihə («e-audit») həyata
keçirilmişdir. «E-audit»in tətbiqinin reallaşması vergi inzibatçılığı sahəsində
mühüm yeniliklərdən biri kimi dəyərləndirilir.
2013-cü ildə elektron və mobil imzaların tətbiqi məqsədilə Vergilər Nazirliyinin
Sertifikat Xidməti Mərkəzi fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər
göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may
tarixli Fərmanı vergi inzibatçılığının modernləşdirilməsi və dünya
standartlarına cavab verməsi istiqamətində daha bir fəaliyyət müstəvisinə
çevrilmişdir. Nazirlər Kabinetinin “Mərkəzi icra hakimiyyəti orqanları
tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və
“Elektron xidmət növlərinin siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24
noyabr tarixli Qərarına əsasən Vergilər Nazirliyi tərəfindən həyata keçirilməli
olan elektron xidmət növlərinin siyahısı təsdiq edilmişdir. Hazırda icrası
Vergilər Nazirliyi tərəfindən nəzərdə tutulmuş 62 adda elektron xidmət uğurla
həyata keçirilir.
Vergilər Nazirliyi tərəfindən həyata keçirilməli olan elektron xidmət növlərinin
siyahısı
1. |
Elektron bəyannamənin qəbulu |
2. |
Elektron vergi hesab fakturasının qəbulu |
3. |
Vahid depozit hesabı vasitəsilə ƏDV üzrə elektron ödənişlərin və
əvəzləşmələrin aparılması |
4. |
Fərdi sahibkarların onlayn qeydiyyatı |
5. |
Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı |
6. |
ƏDV məqsədləri üçün onlayn qeydiyyat |
7. |
Bank idarələrində hesabların açılması |
8. |
Vergi və digər büdcə daxilolmalarının internet vasitəsilə ödənilməsi |
9. |
Bəyannamələrin vergi orqanları tərəfindən hazırlanması və təsdiq edilmək
üçün vergi ödəyicilərinə göndərilməsi |
10. |
Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına onlayn təqdim
edilməsi |
11. |
Vergi bəyannamələrinin (sadələşdirilmiş vergi bəyannaməsi istisna
olmaqla), hesabat və vergi öhdəliyinin yaranmaması haqqında arayışların
vergi orqanına onlayn təqdim edilməsi |
12. |
Vergi borcu barədə arayışın verilməsi üçün müraciətin qəbulu |
13. |
Şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi üçün müraciətin qəbulu |
14. |
Üzləşmə aktlarının verilməsi üçün müraciətin qəbulu |
15. |
Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı |
16. |
Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatı |
17. |
Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn
qeydiyyatdan çıxarılması |
18. |
Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatdan
çıxarılması |
19. |
ƏDV məqsədləri üçün qeydiyyatın onlayn ləğv edilməsi |
20. |
Nəzarət-kassa aparatının onlayn qeydiyyatı və qeydiyyatdan çıxarılması |
21. |
POS-terminalın onlayn qeydiyyatı |
22. |
POS-terminalın onlayn qeydiyyatdan çıxarılması |
23. |
Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması |
24. |
Hüquqi şəxsin fəaliyyətinin onlayn dayandırılması |
25. |
Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin onlayn
dayandırılması |
26. |
Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin
onlayn dayandırılması |
27. |
Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası |
28. |
Hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası |
29. |
Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin onlayn bərpası |
30. |
Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin
onlayn bərpası |
31. |
Hüquqi şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi |
32. |
Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi |
33. |
Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının onlayn
dəyişdirilməsi |
34. |
Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçot
məlumatlarının onlayn dəyişdirilməsi |
35. |
Vergilər Nazirliyinə göndərilmiş müraciətlərin, sorğuların və
məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi |
36. |
Satınalmalar üzrə məlumatların onlayn təqdim edilməsi |
37. |
Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma
halları barədə məlumatın onlayn verilməsi |
38. |
Vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə məlumatın onlayn
verilməsi |
39. |
Vergi Apellyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi |
40. |
Vətəndaşların video qəbulu |
41. |
Büdcə rekvizitləri barədə məlumatın verilməsi |
42. |
Vergi kalkulyatoru |
43. |
İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri barədə
məlumatların verilməsi |
44. |
Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi |
45. |
Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi |
46. |
ƏDV ödəyiciləri barədə məlumatların verilməsi |
47. |
Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması |
48. |
Çağrı Mərkəzində vergi qanunvericiliyi və elektron xidmətlərin tətbiqi
ilə bağlı sualların cavablandırılması |
49. |
Çağrı Mərkəzində vergidən yayınma halları və vergi orqanlarının vəzifəli
şəxslərinin hərəkəti (hərəkətsizliyi) barədə müraciətlərin qəbulu |
50. |
Çağrı Mərkəzində vergi növləri barədə məlumatın verilməsi |
51. |
Çağrı Mərkəzində vergi borcu barədə məlumatın təqdim edilməsi |
52. |
Çağrı Mərkəzində SMS vasitəsilə daxil olmuş müraciətlərin SMS ilə
cavablandırılması |
53. |
Çağrı Mərkəzində qeyri-iş saatlarında zəng etmiş şəxsin sonradan onunla
canlı rejimdə əlaqə yaradılması barədə müraciətinin qəbulu |
54. |
Vergi ödəyiciləri ilə sual-cavab |
55. |
Vergilər nazirinə onlayn müraciət |
56. |
Vergi orqanlarına xidmətə qəbul üçün müraciətin və sənədlərin qəbulu |
57. |
Vergi orqanlarında vakant vəzifələr üzrə qeydə alınmış namizədlər barədə
statistik məlumatların verilməsi |
58. |
Vergi partnyorluğu Sazişi»nin bağlanılması üçün ərizələrin qəbulu |
59. |
Azərbaycan Respublikasında kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı
haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə kommersiya hüquqi şəxsin
ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və
müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin
qəbulu və dərcolunma faktını təsdiq edən sənədin verilməsi |
60. |
Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış»ın təqdim edilməsi |
61. |
Çağrı Mərkəzi vasitəsilə
“Sadələşdirilmiş vergi bəyannaməsi”nin təqdim edilməsi |
62. |
Gəlir və ya mənfəət vergisinin
hesabatının verilməsi müddətinin uzadılması barədə ərizələrin qəbulu |