Vergi ödəyicilərinə göstərilən xidmətlərin çeşidinin və keyfiyyətinin
yüksəldilməsi Vergilər Nazirliyinin fəaliyyətində mühüm yer tutur. 2003-2013-cü
illərdə bu məqsədlə keçirilmiş tədbirlər sistemli və ardıcıl səciyyə
daşıması ilə diqqəti çəkir.
Vergi mədəniyyətinin formalaşdırılması və vergi ödəyicilərinin
məlumatlandırılması baxımından kütləvi informasiya vasitələrinin mühüm rolu
nəzərə alınmaqla, 2000-ci ildən «Vergilər» qəzeti, 2003-cü ildən isə
«Azərbaycanın vergi xəbərləri» (hazırda «Azərbaycanın vergi jurnalı») jurnalı
dərc edilir.
Ötən illərdə gənc nəslin vergi biliklərinin yüksəldilməsi məqsədilə müxtəlif
vəsaitlərin, o cümlədən dərslik və dərs vəsaitlərinin hazırlanmasına ciddi
diqqət yetirilmişdir. Gənc nəslin vergilər haqqında bilgilərinin artırılması
məqsədilə ümumtəhsil məktəblərinin şagirdləri üçün üç dərs vəsaiti, habelə
ali məktəb tələbələri üçün bir neçə dərslik nəşr edilərək ödənişsiz
paylanılmışdır. 2013-cü ildə Azərbaycanda ilk dəfə «Vergi Ensiklopediyası»nın
nəşrini də xüsusi qeyd etmək olar.
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə əməkdaşlıq çərçivəsində
2001-ci ildə «Vergi və vergiqoyma» kafedrasının yaradılması vergilər sahəsində
ixtisaslı kadrların hazırlanması baxımından səmərəli nəticələr vermişdir. Vergi
maarifləndirilməsi prosesinin mühüm tərkib hissəsi kimi ADİU-da Bakı və
respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən ali məktəblərin tələbə və
magistrantları arasında «Vergilər» mövzusunda olimpiadalar keçirilir. 2006-cı
ildən bəri tələbə və magistrantlar arasında olimpiadalar təşkil edilmiş və
qaliblər mükafatlandırılmışdır.
Vergilər Nazirliyi 2002-ci ildə Azərbaycan, rus və ingilis dillərində rəsmi
internet səhifəsini (www.taxes.gov.az) yaratmış ilk dövlət qurumlarından biri
olmuşdur. Digər mühüm yenilik 2003-cü ildə «195» Telefon-məlumat xidmətinin
yaradılması olmuşdur. Vergi ödəyicilərinin, habelə
əhalinin vergi qanunvericiliyi və onun tətbiqi, Vergilər Nazirliyinin təqdim
etdiyi elektron xidmətlər barədə operativ, düzgün, vergi orqanlarına gəlmədən
məlumat almalarını, eyni zamanda vergi qanunvericiliyinin pozulması halları
barədə müraciətlərin qəbulunu təmin etmək məqsədilə Vergilər Nazirliyinin 195
nömrəli Çağrı Mərkəzi fəaliyyət
göstərir.
195 nömrəli Çağrı Mərkəzi 2003-cü ilin sonunda Bakı şəhərini əhatə etməklə
fəaliyyətə başlasa da 2006-cı ilin may ayının əvvəlindən etibarən əhatə dairəsi
genişləndirilərək respublikanın bütün regionlarından olan sual və müraciətlərin
qəbul edilməsini həyata keçirir. 2009-cu ilin sentyabr ayından etibarən isə
İqtisadi İnkişaf Nazirliyi də bu xidmətə qoşulmuşdır.
2011-ci ildə “Beynəlxalq Sertifikatlaşdırma və Sorğu Mərkəzləri İnstitutu”
tərəfindən keçirilmiş auditin nəticəsinə əsasən Azərbaycan Respublikasının
Vergilər Nazirliyinin Çağrı Mərkəzinə Standartlaşma üzrə Avropa Komissiyası (“Austrian
Standards plus”)
tərəfindən EN-15838 Standartlarına uyğunluğu barədə “Nr.S 2011 043” nömrəli
15.10.2011-ci il tarixli keyfiyyət Sertifikatı verilmişdir.
2012-ci ildə sertifikatlaşma şərtlərinə uyğun olaraq keçirilmiş təkrar auditə
əsasən Standartlaşma üzrə Avropa Komissiyası Çağrı Mərkəzinə EN-15838
Satandartlarına uyğunluq barədə yenilənmiş keyfiyyət Sertifikatı təqdim
edilmişdir ki, həmin sertifikat hər iki ildən bir müşahidə monitorinqinin
keçirilməsi şərti ilə 08.11.2018-ci il tarixədək qüvvədədir.
Fəaliyyətə başladığı dövrdən Telefon-məlumat xidmətinə 2,2 milyondan çox
müraciət daxil olmuşdur. Bundan başqa, 2010-cu ildən Çağrı Mərkəzində «Mesaj
xidməti» vasitəsilə daxil olmuş müraciətlərin cavablandırılmasına
başlanılmışdır.
195 Çağrı Mərkəzinə edilən müraciətlərin illər üzrə müqayisəli cədvəli
|
2006 |
2007 |
2008 |
2009 |
2010 |
2011 |
2012 |
2013 |
2014 |
Bütün müraciətlər |
187.091 |
226.845 |
319.439 |
267.326 |
236.553 |
154.451 |
273.131 |
238.666 |
232.063 |
Canlı rejimdə |
58.044 |
61.578 |
67.444 |
54.232 |
72.230 |
74.162 |
138.910 |
174.090 |
190.553 |
Elektron operator |
129.047 |
165.267 |
251.995 |
213.094 |
164.323 |
80.289 |
134.221 |
64.576 |
41.510 |
Uşaq və yeniyetmələrdə vergilərdə dair ilkin təsəvvürlərin formalaşdırılması və
onların bu sahədə biliklərinin dərinləşdirilməsi məqsədilə 2003-cü ildən
başlayaraq hər il Uşaq-Gənclər Yaradıcılıq Sarayının «Uşaq dünyası»
qalereyasında 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş
«Vergi uşaqların gözü ilə» adlı rəsm və inşa müsabiqələri keçirilir. Həmin
dövrdən 11 rəsm və inşa müsabiqəsi keçirilərək qaliblər mükafatlandırılmışdır.
Vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi, sahibkarlığın
inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə vergi
ödəyiciləri üçün xidmət mərkəzləri yaradılmışdır. 2007-ci ildən bəri Vergilər
Nazirliyi tərəfindən əsasən regionlarda, xüsusilə də vergi orqanı olmayan iri
şəhər və rayonlarda 55 mərkəz istifadəyə verilmiş, onlar müasir kompüter və
kompüter avadanlıqları, sürətli kommunikasiya sistemi ilə təchiz edilmişdir.
Xidmət mərkəzlərinin fəaliyyəti vergi orqanları tərəfindən həyata keçirilən
yoxlama-nəzarət, təhlil və təhqiqat, məcburi alınma prosesləri istisna
olunmaqla, vergi ödəyicilərinə göstərilən xidmətlərin bütün spektrini əhatə
edir. Bu xidmətlərə vergi qanunvericiliyinə dair sualların cavablandırılması;
hesabat, ərizə, arayış və digər sənədlərin tərtibatı; elektron sənəd mübadiləsi
və elektron imza (o cümlədən Asan İmza) üzrə xidmətlərin göstərilməsi; fiziki
şəxslərin real vaxt rejimində (onlayn) qeydiyyatı; nəzarət-kassa aparatlarının
onlayn qeydiyyata alınması və qeydiyyatdan çıxarılması; təsərrüfat
subyektlərinin onlayn qeydiyyatdan çıxarılması; vergi və rüsumların,
cərimələrin elektron formada ödənilməsi; POS-terminalların quraşdırılması və
onlardan istifadə qaydalarının izahı; yazılı və eləcə də telefonla edilmiş
müraciətlərin cavablandırılması və s. məsələlər daxildir.
2014-cü ildə Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət mərkəzi də daxil
olmaqla 55 xidmət mərkəzi, Naxçıvan MR Vergilər Nazirliyinin və rayon vergilər
şöbələrinin xidmət strukturlarının əməkdaşları tərəfindən ümumilikdə 301192
vergi ödəyicisi qəbul edilərək onlara 395645 xidmət göstərilmişdir.
Xidmətlərin əhatə dairəsinin
genişləndirilməsi məqsədilə mərkəzlərin Avtomatlaşdırılmış Vergi İnformasiya
Sisteminə (AVİS) inteqrasiyasına başlanılmışdır.
«Vergi dostları» layihəsi çərçivəsində ucqar kənd və qəsəbələrdən seçilmiş
müəllimlər vergilərin təbliğində, əhalinin, vergi ödəyicilərinin
məlumatlandırılmasında və maarifləndirilməsində vergi əməkdaşlarına kömək
göstərirlər. Vergilər Nazirliyi isə bu işdə onlara metodiki dəstək göstərir,
elektron vasitələrdən istifadə imkanları yaratmaqla vergi təbliğatı işini
səmərəli qurmağa çalışır.
Vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işini
genişləndirmək, “vergi” məfhumunu ölkəmizin bütün ərazisinə, xüsusilə Ərazi
Vergilər Departamentlərinin və İdarələrinin, Rayon Vergi Şöbələrinin yerləşdiyi
şəhər və rayon mərkəzlərinin əhatəsindən kənarda olan kənd və qəsəbələrə, hər
bir ailəyə çatdırmaq, bununla da vətəndaşlarda vergi mədəniyyətini
formalaşdırmaq məqsədilə “Vergi Dostları” Layihəsi çərçivəsində 2013-cü il
ərzində 1405 nəfər “Vergi Dostları” şəbəkəsinə cəlb olunmuş, bununla da Ərazi
Vergilər Departamenti və İdarələrinin, Rayon Vergi Şöbələrinin əhatə dairəsinə
daxil olan 53 rayon üzrə ümumtəhsil məktəblərinin müəllimləri “Vergi Dostları”
şəbəkəsinə cəlb olunmuşdur. 2012-2014-cü illər ərzində “Vergi dostları”
şəbəkəsinə cəlb olunmuş müəllimlərin sayı – 1541 nəfərdir.
Beynəlxalq və ictimai təşkilatlarla əməkdaşlığın mühüm formatlarından biri kimi
geniş ictimai müzakirələrin təşkilinə də diqqət yetirilmişdir. Bu məqsədlə 2012-
2015-ci
illərdə dövlət orqanlarının, beynəlxalq təşkilatların, eyni zamanda ictimai
birliklərin və vergi ödəyicilərinin müəyyən qrupunun iştirakı ilə «Azərbaycanda
vergi sistemi: reallıqlar və perspektivlər» mövzusunda Vergi Forumu
keçirilmişdir.