4. İnsan resurslarının inkişafı sahəsində görülən işlər.

 

Vergi sistemində kadr siyasəti sahəsində də mühüm işlər görülmüş və uğurlu islahatlar aparılmışdır. Qlobal inkişafın hazırkı mərhələsində insan amilinə, işçi qüvvəsinin keyfiyyətinin artırılmasına yönəldilmiş investisiyalar yüksək səmərəliliyi ilə diqqəti cəlb edir. Müasir dünyada idarəçilikdə uğuru şərtləndirən mühüm amillərdən biri də insan resursları strategiyasının düzgün qurulmasıdır.

Azərbaycanın vergi sistemində həyata keçirilən islahatların praktik nəticələr verməsi, ilk növbədə, idarəetmə sisteminin peşəkar kadrlar hesabına komplektləşdirilməsi tədbirləri ilə bağlıdır.

Məhz bu mühüm amil Vergilər Nazirliyinin 2003-2015-cü illərdə idarəçilik sahəsində çevik, innovativ və keyfiyyətli xidmətləri ilə seçilən modern dövlət qurumuna çevrilməsini təmin etmişdir. İnsan amilinin inkişafına xüsusi diqqət yetirilmiş, əməkdaşların bilik və bacarıqlarının, peşə vərdişlərinin təkmilləşdirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilmişdir.

2003-cü ildən vergi inzibatçılığının səmərəliliyinin artırılması məqsədilə vergi orqanları strukturlarının fəaliyyətinin qiymətləndirilməsinə, 2005-ci ildən, eyni zamanda, əməkdaşların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinə  başlanılmışdır. Kadr potensialının gücləndirilməsi məqsədilə 2005-ci ildə «Dövlət vergi orqanlarında insan resurslarının inkişafı Konsepsiyası» qəbul edilmişdir. Hazırda vergi orqanlarında kadr hazırlığı prosesi həmin konsepsiya əsasında həyata keçirilir. Konsepsiyada nazirliyin İnsan resursları idarəsinin qarşısına vergi orqanı əməkdaşlarının vaxtaşırı rotasiyası, vəzifələr üzrə kadr ehtiyatının yaradılması, kadrların yenidən hazırlanması, onların bilik və peşəkarlıq səviyyəsinin yüksəldilməsi, fəaliyyətində fərqlənən işçilərin vəzifədə irəli çəkilməsi məqsədi ilə kadr (menecer) ehtiyatının yaradılması kimi mühüm vəzifələr qoyulmuşdur.

Vergilər Nazirliyinin kadr siyasəti sahəsində mühüm uğurlarından biri də işə qəbul sisteminin tamamilə şəffaflaşdırılmasıdır. 2005-ci ildən vergi xidmətinə işə qəbul test üsulu və müsabiqə yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli «Dövlət vergi orqanlarında işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə fərmanının icrası ilə əlaqədar 2005-ci ildə nazirlikdə Müsabiqə Komissiyası və işçi qrup yaradılmışdır. Eyni zamanda, bir sıra daxili normativ sənədlər - «Vergi orqanlarına işə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin toplanması və yoxlanılması», «Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi» Qaydaları təsdiq edilmişdir.

Namizədlərin sənədlərinin qəbulu 2008-ci ildən elektron formada - internet vasitəsilə həyata keçirilir. «İşə qəbulla əlaqədar elektron ərizə» proqram təminatı 2009-cu ildə tam yenilənmiş, sabit proqram təminatı kimi formalaşmışdır. İnformasiya texnologiyalarından geniş istifadə şəffaflığın artırılması və vətəndaşların rahatlığının təmin olunması ilə yanaşı, rayonlarda yaşayan gənclərin paytaxta gəlmədən sənədlərini təqdim etməsinə şərait yaratmışdır.

Bu sahədə tətbiq edilən mütərəqqi mexanizmlər işçi heyətin gənc və istedadlı kadrlarla zənginləşdirilməsi baxımından müsbət nəticələr vermişdir. Ümumilikdə, vergi orqanlarına işə qəbulla əlaqədar 2005-2015-ci illərdə 10 müsabiqə keçirilmiş, 11630 nəfər imtahanlarda iştirak etmişdir. Onlardan 1834 nəfəri test mərhələsini, 1294 nəfəri isə müsabiqə mərhələsini uğurla keçmişdir. Sonuncu mərhələdə müsbət nəticə göstərən namizədlərin 1075 nəfəri işlə təmin olunmuşdur. (ən son 2014-cü ildə isə keçirilən imtahanlardan uğur qazanmış 72 nəfər vergi orqanları əməkdaşları sıralarına qatılmışlar.)

 

2005

2006

2007

2008-1

2008-2

2009

2011

2012

2014-1

2014-2

Cəmi

Müraciət edənlər

512

850

520

298

934

1996

1784

2367

2303

1936

13500

Sənədləri qəbul olunub

392

619

423

272

860

1658

1620

2138

1931

1717

11630

Test imtahanında müvəffəqiyət qazanıb

120

18

50

46

107

297

290

541

76

289

1834

Müsabiqədə müvəffəqiyyət qazanıb

76

18

50

46

106

260

226

290

58

164

1294

İşlə təmin olunub

74

18

50

44

102

254

211

250

56

16

1075

Kadr ehtiyatından çıxarılıb

2

0

0

2

4

6

15

40

 2

 

71

 

Nazirliyin kadr siyasətinin prioritet istiqamətlərindən biri də gender bərabərliyinin təmin olunması, vergi sistemində qadınlara kişilərlə bərabər şəraitin yaradılmasıdır. Vergilər Nazirliyində, ümumilikdə, 2380 işçi - o cümlədən 18-35 yaş kateqoriyası üzrə 781 kişi və 113 qadın, 35-50 yaş kateqoriyası üzrə 923 kişi və 183 qadın, 50-dən yuxarı yaş kateqoriyası üzrə 518 kişi və 56 qadın çalışır. 

Vergi orqanları əməkdaşlarının öz fəaliyyətləri ilə ictimaiyyətin etimadını qazanmaları da əsas hədəflərdəndir. Vergilər Nazirliyinin 2008-ci il 7 fevral tarixli əmri ilə təsdiq edilmiş «Vergi işçisinin etik davranış Kodeksi» bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Kodeksdə qeyd olunur ki, nazirliyin hər bir əməkdaşı ona tapşırılmış işi səmərəli şəkildə və etik normalar çərçivəsində yerinə yetirməlidir.

Vergilər Nazirliyi kadrların hazırlığının artırılması sahəsində də kifayət qədər müsbət təcrübəyə malikdir. Bu məqsədlə vergi xidməti əməkdaşları müxtəlif tədris proseslərinə və seminarlara cəlb edilir, xarici ölkələrdə kurslara, treninqlərə göndərilir. Beynəlxalq təcrübənin öyrənilməsi baxımından seçilmiş gənc kadrlar üçün ingilis dili kurslarının təşkili də mühüm rol oynayır.

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa, Əmək Məcəlləsinə, «Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə»yə və Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə» müvafiq qərarına əsasən, 2010-cu ilin fevral ayından başlayaraq, 4 ay ərzində vergi orqanlarının vəzifəli şəxslərinin attestasiyası keçirilmişdir. Attestasiya Vergilər Nazirliyinin Aparatının, həmçinin müvafiq struktur vahidlərinin 1500-dək əməkdaşını əhatə etmişdir. Prosesə xüsusi diqqətlə yanaşılmış və onun tam şəffaf, açıq və obyektiv şəkildə keçirilməsi üçün maksimal şərait yaradılmışdır. Attestasiya zamanı vergi əməkdaşlarının əksəriyyəti yüksək bilik səviyyəsi nümayiş etdirmişlər. Bununla yanaşı, attestasiyanın yekunlarına görə 93 əməkdaşın vergi orqanlarında fəaliyyətinə xitam verilmiş, 6 nəfərin xidmət sahəsi dəyişdirilmiş, 4 nəfər nisbətən aşağı vəzifəyə keçirilmişdir. Attestasiya prosesində nəticələri qismən zəif olmuş 76 nəfər 1 ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifədə saxlanılmışdır.

Son illər vergi xidmətində informasiya texnologiyalarının tətbiqi sahəsində həyata keçirilmiş tədbirlər də insan resurslarının inkişafına təkan verir. Müasir biliklərdən, yeni proqram təminatlarından istifadə olunması, habelə yeni texnologiyaların mükəmməl səviyyədə mənimsənilməsi hazırda hər bir vergi işçisinin qarşısında duran mühüm məsələlərdəndir.