Əlavə dəyər vergisi malların, işlərin, xidmətlərin istehsalı prosesində yaranan
və onlar satıldıqca büdcəyə, keçirilən dəyər artımının bir hissəsinin büdcəyə
alınması formasıdır.
Əlavə dəyər vergisinin ödəyiciləri aşağıdakılar müəyyən edilmişdi:
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə hüquqi şəxs
statusu olan, istehsal və başqa kommersiya fəaliyyəti göstərən müəssisələr
və təşkilatlar, o cümlədən xarici investisiyaların qoyulduğu müəssisələr;
malları, işləri və xidmətləri öz adından satan qeyri-məhdud ortaqlıqlar;
istehsal
və başqa kommersiya fəaliyyəti göstərən fərdi (ailəvi) xüsusi müəssisələr;
Azərbaycan Respublikasının ərazisində yerləşən müəssisələrin müstəqil
surətdə mallar, işlər və xidmətlər satan filialları, şöbələri və başqa
ayrıca bölmələri;
Azərbaycan Respublikasının ərazisində istehsal və başqa kommersiya
fəaliyyəti göstərən beynəlxalq birliklər və xarici hüquqi şəxslər;
hüquqi şəxs statusuna malik olmayan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan
və qanunvericiliklə müəyyən edilmiş qaydada sahibkar kimi qeydə alınan
şəxslər.
Vergitutma obyekti isə aşağıdakılar idi:
1. Azərbaycan Respublikasının ərazisində malların (idxal mallarından başqa), o
cümlədən istehsal-texniki təyinatlı malların, görülmüş işlərin və göstərilmiş
xidmətlərin satışı üzrə dövriyyələr;
2. Qanuna uyqun olaraq həm özünün istehsal etdiyi, həm də kənardan alınmış bütün
malların satışı üzrə dövriyyələr, habelə aşağıdakı dövriyyələr vergitutma
obyektləri;
·
müəssisə daxilində xərcləri istehsal (tədavül) məsrəflərinə aid edilməyən
malların (işlərin, xidmətlərin) xüsusi istehlak üçün, habelə öz işçilərinə
satışı üzrə dövriyyələr;
·
dəyəri ödənilmədən malların (işlərin, xidmətlərin) başqa mallar (işlər,
xidmətlər) müqabilində satışı üzrə dövriyyələr;
·
malların (işlərin, xidmətlərin) əvəzsiz olaraq və ya dəyəri qismən ödənilməklə
başqa müəssisələrə və ya fiziki şəxslərə verilməsi üzrə dövriyyələr.
Əlavə dəyər vergisi
28 faiz dərəcəsi ilə ödənilirdi.
Azərbaycan Respublikasının iqtisadi mənafeyini qorumaq üçün Ali Sovetin
Milli Şurasının razılığı ilə Nazirlər Kabineti Azərbaycan Respublikasının
hüdudlarından kənara - manatın tədavüldə olduğu zonaya göndərilən bəzi xammal və
material növləri üzrə əlavə dəyərin başqa vergi dərəcələrini müəyyən etmişdi.