3.Mənfəət vergisi.
Mənfəətdən verginin ödəyiciləri aşağıdakılar müəyyən edilmişdi:
təsərrüfat hesabında olub müstəqil balansa malik olan və hüquqi şəxslər
sayılan (Azərbaycan Respublikasının Mərkəzi Bankından başqa) müəssisələr,
birliklər və təşkilatlar, o cümlədən Azərbaycan Respublikasının ərazisinə
yaradılan və bütünlüklə xaric investorlara məxsus olan müəssisələr (xarici
müəssisələr), respublika və xarici hüquqi şəxslərin və vətəndaşların
iştirakı ilə yaradılan birgə müəssisələr, təsərrüfat fəaliyyəti ilə məşğul
olan beynəlxalq birliklər, respublika müəssisələrinin, birliklərinin və
təşkilatlarının iştirakı ilə başqa ölkələrini ərazisində yaradılan birgə
müəssisələrin Azərbaycan Respublikası ərazisində yerləşən filialları;
təsərrüfat hesabında olmayan, lakin təsərrüfat və digər kommersiya
fəaliyyətindən gəlir götürən təşkilatlar, büdcə təşkilatlarından başqa;
təsərrüfat və digər kommersiya fəaliyyəti ilə məşğul olan beynəlxalq
qeyri-hökumət təşkilatları (birlikləri);
respublika səhmdar-kommersiya bankları, kommersiya bankları, sığorta
təşkilatları səhmdar cəmiyyətləri və məhdud məsuliyyətli cəmiyyətlər,
istehlak cəmiyyətləri və onların ittifaqları, istehlak kooperasiyasının
müəssisələri, birlikləri və təşkilatları, ictimai birliklər, onların
müəssisələri, birlikləri və təşkilatları, dini təşkilatlar, kooperativlər,
onların filialları və şöbələri.
Vergi tutulan mənfəətin hesablanması aşağıdakı qaydada aparılırdı:
Vergi tutulan mənfəət məhsul (işlər, xidmətlər) satışından əldə edilən
mənfəətin, digər maddi sərvətlərin, qeyri-satış əməliyyatımdan kələn və bu
əməliyyatın xərcləri qədər azaldılan mədaxilin cəmindən ibarət balans
mənfəəti əsas götürülməklə hesablanırdı.
Məhsulun (işlərin, xidmətlərin) satışından əldə edilən mənfəət məhsulun
(işlərin, xidmətlərin) mövcud qiymətlərlə satışından hasil olan məbləğilə
məhsulun (işlərin, xidmətlərin) maya dəyərinə daxil edilən istehsal və satış
xərcləri arasında fərq kimi müəyyən edilirdi.
Qeyri-satış əməliyyatından gəlirə (xərclərə) aşağıdakılar daxil edilirdi: birgə
müəssisələrdə payçı kimi iştirakdan, əmlakın icarəyə verilməsindən alınan gəlir,
müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə edilən
gəlir (dividendlər, faizlər), habelə məhsul (işlər, xidmətlər) istehsalı və
satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlir
(xərclər), o cümlədən satışdan əldə edilən pul və auksionda valyuta fondları
vəsaiti alınması ilə əlaqədar xərclər, iqtisadi sanksiyalar və zərərin
ödənilməsi şəklində götürülmüş və ödənilmiş məbləğlər.
Azərbaycan Respublikasının qanunvericiliyinə uyqun olaraq sanksiyalar şəklində
büdcəyə daxil edilmiş məbləğlər qeyri-satış əməliyyatlarından çəkilən xərclərin
tərkibinə daxil edilmir, müəssisələrin sərəncamında qalan mənfəətin ayağına
yazılırdı.
Vergi tutulan mənfəətin hesablanması üçün renta tədiyələrinin (müəyyən edilmiş
qaydada mənfəətdən verilən tədiyələrin) məbləği, müəssisəyə məxsus səhmlərdən,
istiqrazlardan və digər qiymətin kağızlardan götürülmüş gəlirlərin
(dividendlərin, faizlərin) məbləği, Azərbaycan Respublikasının ərazisində
yaradılmış, birgə müəssisələrdə payçı kimi iştirakdan götürülmüş gəlirin məbləği
(xaricdə götürülən gəlirdən savayı) balans mənfəətindən çıxılırdı.
Vergi tutulan mənfəət hesablanarkən kommersiya banklarının, respublika və
xarici hüquqi şəxslərin və vətəndaşların iştirak etdiyi birgə müəssisələrin,
habelə səhmdar cəmiyyətlərinin balans mənfəətindən belə müəssisələrin
ehtiyat fonduna və ya təyinatına görə buna bənzər fondlarına Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğə çatanadək, lakin
nizamnamə fondunun 25 faizindən çox olmamaq şərtilə ayırmalar çıxılırdı.
Təsərrüfat hesabında olmayan, təsərrüfat və digər kommersiya fəaliyyətindən
gəlir götürən təşkilatlardan (büdcə təşkilatları istisna edilməklə) vergi bu
fəaliyyətdən götürülən gəlirlə xərclər arasındakı fərqdən tutulurdu. Bu
qəbildən olan təşkilatlara idarəetmə və əlaqələndirmə funksiyalarını, digər
nizamnamə vəzifələrini yerinə yetirməklə yanaşı ayrı-ayrı
istehsalat-təsərrüfat funksiyalarını icra edən ittifaqlar, təsərrüfat
assosiasiyaları, konsernlər və müəssisələr birliyinin başqa formaları,
ictimai birliklərin orqanları aiddir.