Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra qarşıda duran ən
mühüm məsələlərdən biri dünya təsərrüfat sisteminə inteqrasiya etməyə imkan
verən və ölkə əhalisinin yüksək səviyyədə rifahını təmin edə bilən bazar
iqtisadiyyatı münasibətlərinin formalaşdırılması idi. Bazar iqtisadiyyatına
keçid şəraitində dövlətin iqtisadiyyata müdaxiləsi və iqtisadi münasibətlərin
səmərəli formada tənzimlənməsinin əsas iqtisadi vasitələrindən biri qarşıya
çıxan problemlərə elastik cavab verə bilən çevik vergi xidmətinin
formalaşdırılmasıdır. Belə bir xidmət ölkədə ilk dəfə olaraq bazar münasibәtlәrinin
tәnzimlәnmәsi,
dövlət büdcәsinә
çatası vergilәrin
vә
digәr
icbari ödәnişlәrin
tam vә
vaxtında sәfәrbәr
olunması, hüquqi vә
fiziki şәxslәr
tәrәfindәn
vergi qanunvericiliyinә
vә
dövlәt
qiymәt
intizamına riayәt
olunmasına dövlәt
nәzarәtinin
tәmin
edilmәsi
mәqsәdilә
1990-cı ilin iyul ayında
Respublika Maliyyә
Nazirliyinin tәrkibindә
yaradılmışdır.
1991-ci
ilin oktyabr ayının 14-də
vergi qanunvericiliyi və nəzarət sisteminin təkmilləşdirilməsi, vergi xidmətinin
rolunun gücləndirilməsi məqsədi ilə bu xidmət Maliyyə Nazirliyinin tərkibindən
çıxarılmış və
Azərbaycan Respublikası Baş Dövlət Vergi
Müfəttişliyi müstəqil orqan kimi fəaliyyət göstərməyə başlamışdır. 21
iyul 1992-ci ildə imzalanmış qanun dövlət vergi xidməti strukturunu, onların
hüquq və vəzifələrini müəyyən etdi.
31 mart 1992-ci ildə imzalanan «Dövlət Vergi Xidmətinin Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin tabeliyinə verilməsi haqqında» fərmanda sürətlə dəyişməkdə
olan iqtisadi vəziyyət nəzərə alınaraq, eləcə də «maliyyə və vergi xidmətinə
vahid rəhbərliyi həyata keçirmək və maliyyə ehtiyatlarını büdcəyə tam səfərbər
etmək məqsədi ilə Dövlət Vergi Xidməti Maliyyə Nazirliyinin tabeliyinə verildi.
Bu qərarın da ömrü uzun olmadı: 5 iyun 1992-ci il tarixli fərmanla respublikada
yaranmış ağır maliyyə vəziyyəti nəzərə alınaraq, vergi qanunvericiliyinə və
dövlət qiymət intizamına əməl olunması üzərində nəzarətin zəifləməsinə yol
verməmək məqsədilə Dövlət Vergi Xidmətinin müstəqil statusda fəaliyyəti bərpa
edildi.
21 iyul 1992-ci ildə «Dövlət vergi xidməti haqqında» Azərbaycan Respublikasının
Qanunu və bu Qanunun qüvvəyə minməsi barədə Azərbaycan Respublikasi Milli
Məclisinin Qərarı qəbul edildi. Bu sənədlərdə dövlət vergi xidməti orqanlarının
vergi müfəttişlikləri adlandırılması rəsmiləşdirildi.