1920-1991-ci illərdə Azərbaycan SSRİ-nin tərkibində olduğundan, həmin dövrdə
vergi məsələləri Sovet İttifaqınm vergi qanunları ilə tənzimlənirdi.
1917-ci il inqilabından sonra sovet dövlətinin əsas gəlirləri pul emissiyası,
kontribusiya (və ya təzminatlar) və ərzaq sapalağı idi.
İlk vergi islahatları Yeni İqtisadi Siyasət dövrünə (1921-1925-ci illər) təsadüf
edir. Elə həmin dövrlərdə sovet dövlətinin vergi sisteminin əsasları
qoyuldu.
1921-1925-ci illərdə
aşağıdakı vergilər mövcud idi:
kənd yerlərində həyət vergisi,
mənzil vergisi,
ev qulluqçusuna görə vergi,
şəhər və şəhərətrafı bağ və bostanlardan vergi,
ovçuluq hüququ üçün vergi,
velosiped də daxil olmaqla nəqliyyat vasitələri sahiblərindən vergi,
dəmir və su yolları ilə daşınan yüklərə görə yığım və s.
1921 -ci ildə
Azərbaycan kəndliləri ərzaq
vergisindən azad edildi, lakin 1922-ci ildə yenidən tətbiq edildi.
1923-cü ildə
Dövlət və kooperativ təşkilatlarından 8
faiz gəlir vergisi tutulmağa başlanıldı.
Elə
həmin il vahid kənd təsərrüfatı vergisi
tətbiq edildi. İlk vaxtlar o, həm pul şəklində, həm də natural formada
tutulurdu. 1924-cü ildən isə
yalnız pul formasmda tutulmağa başlandı.
1930-cu ildə ölkədə əsaslı vergi islahatlarına başlandı. Aksizlər tamamilə ləğv
edildi, müəssisələr üçün 2 növ vergi ödənişi - dövriyyə vergisi və mənfəətdən
ayırmalar müəyyən olundu.
1941-1945-ci illərin Böyük Vətən müharibəsi dövründə hərbi vergi və subaylıq
vergisi, tənha və azuşaqlı ailələrə vergi tətbiq olundu.
1941-1945 –ci illər müharibəsindən sonrakı
dövrdə
əsas vergi növləri :
əhalidən vergilər
- gəlir vergisi, kənd təsərrüfatı vergisi, subaylıq vergisi, tənhalardan və
ailə tərkibi az olan vətəndaşlardan vergi;
müəssisələrdən
vergilər
- dövriyyə vergisi və dövlət müəssisələrinin mənfəətindən ayırmalar,
kooperativ və ictimai təşkilatların təsərrüfat orqanlarından gəlir vergisi.
1950-ci illərin əsas vergi növü
dövriyyə vergisi idi. 1954-cü ildə dövriyyə vergisindən daxil olan
vəsaitlər dövlət büdcəsinin gəlir hissəsinin 41 faizini təşkil edirdi.
1959-cu ildə Sov.İKP-nin XXI qurultayı əhalidən tutulan vergilərin tədricən ləğv
edilməsi barədə qərar qəbul etdi.
7 may 1960-cı il tarixli «Fəhlə və qulluqçulann əməkhaqqmdan vergilərin ləğv
edilməsi haqqında» Qanun qəbul olundu. Lakin SSRİ Ali Soveti Rəyasət
Heyətinin
22 sentyabr 1962-ci il tarixli fərmanı ilə fəhlə və qulluqçulann əməkhaqqından
tutulan vergilərin ləğvi müddəti başqa vaxta keçirildi, sonralar isə tamamilə
unuduldu.
Əsrin 90-cı illərinin əvvəllərinə yaxın sovet vergi sisteminin əsas vəzifəsi hər
bir vətəndaşın və ya müəssisənin gəlirlərinin dövlətin xeyrinə
özgəninkiləşdirilməsi, yəni fiskal funksiyanm həyata keçirilməsi idi.
Hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə əməl edilməsinə və
qiymətlərin tənzimlənməsinə dövlət nəzarətinin təmin edilməsi məqsədilə 1990-cı
ilin iyul ayinda Maliyyə Nazirliyinin tərkibində Vergi Xidməti yaradıldı.