30-cu illərdən başlayaraq SSRİ-də vergilərin əhəmiyyəti getdikcə azalırdı və
onlar özlərinə xas olmayan funksiyaları yerinə yetirirdilər. Məsələn, onlardan
qolçomaqlara qarşı siyasi mübarizə aləti kimi istifadə edilirdi. SSRİ Xalq
Komissarları
Sovetinin
2 sentyabr 1930-cu il tarixli qərarına əsasən 1930-32-ci illərdə əsaslı vergi
islahatları aparılmağa başlandı. Bu islahatlar nəticəsində:
·
aksizlər tamamilə ləğv edildi,
·
müəssisələr üçün isə 2 növ vergi ödənişi –
dövriyyə vergisi və
mənfəətdən ayırmalar müəyyən
edildi.
Fondlara normativ ayırmalar istisna olmaqla, sənaye və ticarət müəssisələrinin
bütün mənfəəti dövlət nəfinə tutulurdu. Beləliklə, dövlətin gəliri vergilər
hesabına deyil, ümumi milli məhsulun dövlətin xeyrinə birbaşa məcburi alınması
hesabına formalaşırdı. SSRİ Xalq
Komissarları
Sovetinin
«Respublika və yerli büdcələr haqqında» 21 dekabr 1931-ci il tarixli qərarı ilə
regionların iqtisadi maraqlarının mərkəzə tabe etdirilməsi üçün maliyyə
ehtiyatlarının sərt mərkəzləşdirilməsi prinsipi həyata keçirilməyə başlandı. Bu
qərarla regionların büdcələri öz gəlir mənbələrindən demək olar ki, məhrum
oldular. Onların büdcə gəlirlərinin böyük hissəsini ümumittifaq büdcəsindən
ayırmalar təşkil edirdi.
Böyük Vətən Müharibəsinin başlanması ilə əlaqədar olaraq
hərbi vergi tətbiq olundu. 1946-cı ildə isə bu vergi növü ləğv edildi.
Çoxuşaqlı analara kömək məqsədi ilə SSRİ Ali Sovetinin 21 noyabr 1941-ci il
tarixli fərmanı ilə
subaylara və uşaqsız ailələrə vergi
tətbiq olundu. Monqolustan istisna olmaqla, tarixdə dünyanın heç bir ölkəsində
bu verginin analoqu olmamışdır. Buna baxmayaraq bu vergi SSRİ dağılana qədər
mövcud olmuşdur.
O dövrün əsas vergi ödənişi
dövriyyə vergisi idi. 1954-cü
ildə dövriyyə vergisindən daxil olan vəsaitlər dövlət büdcəsinin gəlir
hissəsinin 41 faizini təşkil edirdi.
Ölkə rəhbərliyinin dəyişməsi, hər hansı bir siyasi kompaniyaların aparılması
sovet vergilərində də öz əksini tapırdı. 7 may 1960-cı il tarixdə «Fəhlə və
qulluqçuların əmək haqqından vergilərin ləgv edilməsi haqqında»
SSRİ Qanunu qəbul edildi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 sentyabr
1962-ci il tarixli fərmanı ilə yuxarıda adı çəkilən qərarın həyata keçirilmə
müddəti bir qədər başqa vaxta keçirildi, sonralar isə tamamilə unuduldu.