Birbaşa vergi sisteminin formalaşması ilə yanaşı olaraq dövlət ayrı-ayrı mallara
aksiz şəklində dolayı vergilər də
tətbiq
edirdi. Birbaşa vergilərlə müqayisədə onların tutulması mexanizmi çox da
mürəkkəb deyildi. Mükəmməl vergi aparatının olmadığı bir şəraitdə dolayı
vergilər büdcənin əsas gəlir mənbələrindən birinə çevrildilər. Dolayı vergilər
sahəsində maliyyə orqanlarının əsas vəzifəsi birbaşa vergilərdə olduğu kimi
vergilərin əsas ağırlığının əhalinin təminatlı təbəqəsinin üzərinə keçirilməsi
idi. Bu məqsədlə aksizlər məmulatın keyfiyyətindən, satış qiymətindən,
istehsalçıların dairəsindən asılı olaraq differensiallaşdırılırdı.
İlk aksiz vergisi 1921-ci ilin noyabrında
çaxıra, bir qədər sonra isə kibritə, tütün məmulatlarına tətbiq edildi.
1924-cü il ərzində isə pivə, kvas, spirt, duz, qənd, çay, neft məhsulları, kofe,
araq və s. aksizli mallar siyahısına salındı. Bütün çatışmazlıqlara baxmayaraq Yeni
İqtisadi
Siyasət
dövründə yaradılan vergi sistemi dövlətin qarşısında duran məsələləri həll
etməyə imkan verirdi, büdcəyə vergi daxilolmalarının həcmi ilbəil artırdı.
1922-1928-ci illərdə büdcənin
vergi gəlirlərinin dinamikası (mln.man.)
Verginin
adı |
1922 /23 |
1923 /24 |
1924 /25 |
1925 /26 |
1926 /27 |
1927 /28 |
Cəmi vergilər |
584,0 |
991,1 |
1603,4 |
2192,9 |
3000,6 |
3522,8 |
O cümlədən:
Kənd təsərrüfatı
vergisi |
176,5 |
231,0 |
326,2 |
251,2 |
357,9 |
354,2 |
Mədən vergisi |
118,2 |
233,6 |
323,5 |
482,9 |
675,8 |
703,9 |
Gəlir vergisi |
12,7 |
75,9 |
113,3 |
185,9 |
246,4 |
295,6 |
Aksizlər |
103,5 |
240,6 |
507,8 |
841,6 |
1209,9 |
1491,2 |
Gömrük vergiləri |
66,8 |
67,4 |
101,9 |
150,6 |
189,4 |
259,7 |
Yeni
İqtisadi
Siyasət dövrünün
əvvəllərində vergi daxilolmaları dövlət büdcəsinin gəlirlərinin əsas hissəsini
təşkil edirdi, ancaq xalq təsərrüfatı inkişaf etdikcə onların xüsusi çəkisi
azalır, qeyri-vergi gəlirlərinin payı isə artırdı. Məsələn, 1922-1923-cü illərdə
vergi daxilolmaları büdcə
gəlirlərinin
63,14 faizini təşkil etdiyi halda 1927-28-ci illərdə bu rəqəm 48,13 faiz
olmuşdu. Sonrakı illərdə həm birbaşa, həm də dolayı vergilərin tutulması
sisteminə vergiyə cəlb edilməyən minimumun daxil edilməsi,
dövlət və kooperativ müəssisələrinə bir sıra güzəştlərin verilməsi ilə əlaqədar
olaraq dəfələrlə dəyişikliklər edilmiş oldu.