İlk vergi islahatları Yeni İqtisadi Siyasət dövrünə təsadüf edir. Sovet dövründə
yeni iqtisadi münasibətlərə keçid V.İ.Leninin 15 mart 1921-ci il tarixli «Ərzaq
sapalağının ərzaq vergisi ilə əvəz edilməsi haqqında» məruzəsindən sonra
başlandı. Elə həmin dövrlərdə Sovet dövlətinin vergi sisteminin əsasları
qoyuldu. Yeni
İqtisadi
Siyasət
dövründə mülkiyyətin müxtəlif formaları mövcud idi. Həmin illərdə dövlət
kapitalı əsasında fəaliyyət göstərən səhmdar
cəmiyyət
tipli milliləşdirilmiş müəssisələrin təşkilinə səy göstərilirdi. Lakin belə
cəhdlər müvəffəqiyyətlə nəticələnmədi.
Vergi sisteminə daxil olan vergilər:
birbaşa vergilər,
dolayı vergilər,
rüsumlar
yığımlar
RK(b)P-nin XI qurultayının
tövsiyyələrinə uyğun olaraq vergi sisteminin təşkili zamanı müvafiq
dəyişikliklər edilməklə inqilabdan əvvəlki praktikadan götürülmüş vergitutma
formalarından istifadə olunmuşdu. Dövlət və xüsusi müəssisələr üçün vergi və
yığımların büdcəyə alınması qaydası eyni idi, lakin xüsusi müəssisələr üçün
dərəcələr yüksək idi. Natural vergilərin həcmi ərzaq sapalağından nəzərə
çarpacaq dərəcədə aşağı idi.
Həmin dövrdə mövcud olan vergilər:
kənd yerlərində həyət vergisi;
mənzil vergisi;
ev qulluqçusuna görə vergi;
şəhər və şəhərətrafı bağ və bostanlardan vergi;
ovçuluq hüququ üçün vergi;
velosiped də daxil olmaqla nəqliyyat vasitələri sahiblərindən vergi;
dəmir və su yolları ilə daşınan yüklərə görə yığım və s.
Yeni
İqtisadi
Siyasət
dövründə pul şəklində olan ilk vergi 1921-ci ilin iyul ayında daxil edilmiş
mədən vergisi idi.
Patent yığımının tutulması müəssisənin maliyyə orqanlarında qeydiyyatını həyata keçirməyə
və müəyyən bir dövr üçün qabaqcadan büdcəyə vəsait almağa imkan verirdi. Bu xüsusi ticarət müəssisələrinin qeyri-stabil
fəaliyyəti nəticəsində böyük əhəmiyyət kəsb edirdi. Bərabərləşdirici yığım isə böyük gəlir əldə edən sahibkarların vergiyə cəlb ol
unmasını gücləndirmək məqsədi güdürdü. O, müəssisənin dövriyyəsinin 3 faizi həcmində tutulurdu.
1922-ci ildən mədən vergisi dövlət kooperativ, kommunal və ictimai
müəssisələrdən eyni əsaslar üzrə tutulmağa başlandı. Sonralar bərabərləşdirici
yığım müəssisənin tipindən (dövlət, kooperativ, xüsusi) asılı olaraq
differensiallaşdırıldı və xüsusi kapitalın sıxışdırılması üçün bir alətə
çevrildi.
«Hərbi kommunizm» dövründə təsərrüfatın naturallaşdırılması əməyin ödənilməsinə
öz təsirini göstərməyə bilməzdi. Bu isə Yeni
İqtisadi
Siyasətin
ilk vaxtlarında pul şəklində olan vergilərin bərpa edilməsini çətinləşdirirdi.
Lakin maddi maraqlandırma prinsiplərinin
tətbiqi əməyin ödənilməsi formalarına əhəmiyyətli dəyişikliklər etməyə imkan
verdi, bunun da nəticəsində əmək haqqı pul şəkli almağa başladı. Məsələn, əgər
1922-ci ilin yanvarında əmək haqqının 77,5 faizi natural formada ödənilirdisə,
1923-cü ildə o, 8,9 faizədək azaldı.