Bolşevik partiyasının inqilabdan əvvəlki dövrdə qəbul edilmiş iqtisadi proqramı
aşağıdakı tələbləri nəzərdə tuturdu:
mütərəqqi gəlir vergisinin təyin edilməsi;
zəruri istehlak mallarına dolayı vergilərin tətbiqinin ləğvi;
zinət əşyaları üçün yüksək vergilərin müəyyən edilməsi.
İnqilabdan sonrakı ilk vaxtlar hökumət heç bir yeni vergi müəyyən etmədi.
7 dekabr 1917-ci il tarixli Dekretdə Müvəqqəti hökumətin müəyyən etdiyi
vergilərin tutulması nəzərdə tutulurdu.
Torpaq üzərində xüsusi mülkiyyətin ləğv edilməsi və sənayenin milliləşdirilməsi
gəlir vergisinin tətbiqini məhdudlaşdırırdı.
1917-ci il inqilabından sonra Sovet dövlətinin əsas gəlirləri:
pul emissiyası,
kontribusiya və ya təzminatlar
ərzaq sapalağı
Buna görə də ilk sovet
vergiləri heç də böyük fiskal əhəmiyyət kəsb etmirdi və açıq-aşkar sinfi
mübarizə xarakteri daşıyırdı.
1918-ci ildə başlanan vətəndaş müharibəsi dövlətin iqtisadi siyasətini əsaslı
şəkildə dəyişdi. «Hərbi kommunizm» dövründə maliyyənin rolunun azaldılması
məcburi addım idi. Ölkənin hərbi vəziyyəti bütün maddi ehtiyatların maksimal
şəkildə dövlətin əlində cəmlənməsini tələb edirdi.
Xalq Komissarları Sovetinin 1918-ci il 14 avqust
tarixli
Dekretinə əsasən Qırmızı Ordu döyüşçülərinin ailələrini təmin etmək məqsədi ilə
muzdlu işçiləri olan xüsusi ticarət müəssisələri sahiblərindən birdəfəlik rüsum
tutulurdu.
1918-ci il 30 oktyabr tarixli Dekretlə şəhər burjuaziyası və qolçomaqlar üçün
birdəfəlik fövqəladə on milyardlıq inqilabi vergi daxil edildi.