1919-cu ilin aprelində sonralar dövlət vergi siyasətinin formalaşmasında əsas rol oynamış ən mühüm qanun da Maliyyə Nazirliyindən daxil olmuşdu. Cəmi iki bənddən ibarət olan həmin qanunun ölkənin maliyyə-iqtisadi inkişafı üçün mühüm əhəmiyyəti var idi, çünki ilk dəfə olaraq (bu qanun «Kapital vergisinin ödəniş möhləti və tarif dərəcələrinin dəyişdirilməsi haqqında qanun» adlanırdı) müstəqim vergilərin qəti təyin olunmuş vaxt və tarif dərəsələrini müəyyən edirdi.
Kapital vergisi hər 100 manatdan 30
manat olmaqla ilin başlanğıcında (ancaq fevralın 1-dən ges olmayaraq) ödənilir,
gəlir vergisi isə ilin sonunda, gəlirin həcmi bəlli olandan sonra ödənilirdi.
Müvafiq qanun mayın 15-də qəbul olundu. Həmin il iyulun 23-də isə parlament bu
qanuna müvafiq olaraq yaşayış minimumunun dövlət gəlir vergisinə cəlb olunmayan
həddini 1000 rubldan 5000 rubladək artırmaq haqqında qərar qəbul etdi.
Qəbul olunmuş qanunlar dövlətin maliyyə vəziyyətinin müəyyən qədər
yaxşılaşdırılmasına xidmət edirdi.
Lakin
1920-ci ilin aprel ayının 28-də XI qırmızı ordunun Azərbaycanı işğal etməsi
nəticəsində Xalq Cümhuriyyəti devrildi, Azərbaycan Sovet Sosialist
Respublikaları İttifaqının (SSRİ) tərkibinə qatıldı və beləliklə də nəzərdə
tutulan islahatlar həyata keçirilməmiş qaldı.