Vergi siyasətindəki vəziyyət bir də o səbəbdən ağırlaşmışdı ki, bütün yerlərdə
vergilərin təyin edilməsi və yığılmasını həyata keçirən məsul struktur orqanlar
yox idi, o zaman vergiləri
qəza rəisləri yığırdılar.
1919-cu il martın 17-də parlamentin qəbul etdiyi yeni qanuna
əsasən
yerlərdə vergi yığmaq hüququ üzvləri zemstvo yığıncaqları və icmalar tərəfindən
seçilən gəlir vergisi üzrə
quberniya və qəza idarə heyətlərinə
verildi.
Bundan əlavə, iyulun 16-da parlament Maliyyə Nazirliyi nəznində
vergi müfəttişi vəzifəsini
təsis etdi, ona vergi müvəkkillərinin və vergi məntəqələrinin fəaliyyətini
nəzarətində saxlamaq və təftiş etmək səlahiyyəti həvalə olundu.
Oktyabrın 20-də «Maliyyə naziri yanında müxtəlif vergilər qoyulması üzrə
şikayətlərə baxan ali instansiya olan Şura haqqında» daha bir qanun layihəsi
qəbul olundu. Həmin qanuna görə, Şuraya daimi üzvlərdən əlavə, məhkəmə və
prokurorluq orqanlarının, həmçinin vergi ödəyənlərin müvəqqəti nümayəndələri də
daxil edilmişdilər.