Azərbaycan Xalq Cümhuriyyəti
Hökumətinin büdcəsi aşağıdakı vergi növləri hesabına formalaşırdı:
Birbaşa vergilər - torpaq vergisi, daşınmaz əmlak vergisi, dövlət gəlir vergisi, sənaye vergisi, kapital qoyluşundan gəlir vergisi, hərbi mükəlləfiyyət vergisi, notarial vergi;
Dolayı vergilər
— tütün, papiros kağızları, şəkər, çay, ağ neft, benzin, kerosin, sürtkü
yağlarından və digər neft məhsullarından tutulan vergi, kömrük rüsumu və
gəlirləri;
Möhür haqqı - məhkəmə, kargüzarlıq,
sənəd yazışmalarından gəlirlər;
Hökumət inhisarlarına aid vergilər
— mədən gəliri, poçt gəliri, teleqraf gəliri, meşələrdən, balıq
vətəgələrindən, pambıqçılıq təsərrüfatlarından gəlirlər;
Dövlət dəmir yolundan gəlirlər
— yük daşınmasından gələn gəlirlər;
Azərbaycan
Xalq
Cümhuriyyəti
hökuməti maliyyə siyasətində mütərəqqi gəlir vergisi siyasətinə üstünlük
verirdi.
Parlamentin 26 dekabr tarixli neçənci il
iclasında çıxış edən baş nazir Fətəli xan Xoyskinin təqdim etdiyi hökumət
proqramında deyilirdi:
«Ölkədəki maliyyə vəziyyəti hələlik
qeyri-müəyyəndir. Hələlik Azərbaycanın öz pul əskinası yoxdur, Azərbayacn
hökuməti öz pullarını buraxmaq əzmindədir. Maliyyə siyasətində mütərəqqi gəlir
vergisi həyata keçiriləçək».
Azərbaycan
Xalq
Cümhuriyyəti
parlamentinin fəaliyyəti dövründə təqdim olunmuş 315 qanun layihəsindən 82-si
Maliyyə Nazirliyi tərəfindən təqdim edilmişdi. Parlamentə təqdim olunmuş bir
qanun layihəsinə görə, vergi məsələsi ilə bağlı bütün şikayətlərə Maliyyə
Nazirliyi əməkdaşlarından ibarət şura baxmalı idi.
1919-cu ilin əvvəlinədək dövlətin gəliri 600 mln. manat idi ki, bunun da 400
mln. manatı dolayı vergilərin, xüsusən neft məhsullarının payına düşürdü. Lakin
Azərbaycanın mövcud şəraitində kənd təsərrüfatının əsas özəyini əkinçilik təşkil
etdiyi bir halda, ona müasir vergi sistemi tətbiq etmək çox çətin məsələ idi.
Çünki onun üçün həm yeni minimum hədd müəyyən etmək, bütün vergiyə cəlbetmə
dərəcələrini nəzərdən keçirmək, həm də büdcə haqqında qanun olmadığını nəzərə
almaq vacib idi. Bütün bunlar dövlət büdcəsinin vaxtında tərtibinə və
xərclərinin bölüşdürülməsinə mənfi təsir göstərirdi.