1918-ci ilin may ayının 28-də Tiflis şəhərində Azərbaycan Milli Şurası
Azərbaycanın istiqlaliyyati haqqında Akt qəbul etdi. Beləliklə, Azərbaycan
dövlətçiliyi tarixində ilk konstitusiya aktı
-
İstiqlal aktının qəbulu ilə Azərbaycan dövlətçiliyi dünyada Xalq Cümhuriyyəti
formasında elan olundu.
Azərbaycanda
dövlətçiliyinin təşəkkül tapması iqtisadiyyatın
da tamamilə
yenidən qurulmasını tələb edirdi. Lakin Birinci
dünya müharibəsi,
ikihakimiyyətlik dövründə Azərbaycanda baş alıb gedən anarxiya, hərc-mərclik,
xalqın varidatının Bakı kommunarları ilə
«Sentrokaspi» tərəfindən
talan
edilməsi və nəhayət, müstəqil dövlət
quruçuluğu dövründə ölkənin xariçi qoşunların təsiri altında olması nəticəsində
iqtisadiyyatın, demək olar ki,
tam
dağılması gənc hökuməti böyük çətinliklərlə
qarşılaşdırmışdı.
Azərbaycan Cümhuriyyətinin iqtisadi və siyasi platforması
bütün vətəndaşların həqiqi hüquq bərabərliyini bərqərar
edərək, demokratik bir cəmiyyət qurmağı nəzərdə tuturdu.
Azərbaycan
Cümhuriyyətinin
həyata keçirməyə çalışdığı iqtisadi tədbirlər
arasında ən əhəmiyyətlilərindən biri ölkədə maliyyə sistemini tənzimləmək və
dövlət xəzinəsinə vəsait toplanmasına nail olmaq idi. Bunun əsas səbəbi dövlətin
maliyyə vəziyyətinin çox ağır olması idi.
Siyasi sabitliyin pozulması, işsizliyin artması, manatın dəyərinin düşməsi ölkə
əhalisində hökumətə inamsızlıq doğururdu. Bu məsuliyyətin bir hissəsi həm də
parlamentin üzərinə düşürdü, çünki
parlament
iqtisadi məsələlərin həlli ilə bağlı müəyyən bir iş görülməsinə vaxt tapmır,
sırf siyasi məsələlərin müzakirəsi ilə məşğul olurdu.
Parlament dağılmış iqtisadiyyatı bərpa etmək məqsədi ilə bir sıra qanunverici
aktların hazırlanmasına, onların baxılıb qəbul edilməsinə yalnız dörd aydan
sonra başladı. Bu aktların aid olduğu sahələr:
kredit,
vergi,
bank
gömrük
Dövlət vergi siyasətinin formalaşmasına yardım edən qanunlar zərfi hazırlanırdı.
İlk vaxtlar bu sahədə aparılan iş keçmiş Rusiya imperiyasının müvafiq
qanunlarına düzəliş və əlavələr etməklə məhdudlaşırdı, sonralar isə müxtəlif
vergilər haqqında ayrı-ayrı qanun layihələri müzakirəyə çıxarılır və qəbul
edilirdi. Bu zaman aşağıdakı dolayı vergilərdən
istifadə edilirdi:
inhisar yığımları,
kömrük vergiləri
aksizlər