XIX əsr və XX əsrin əvvəllərində
Azərbaycanda (çar Rusiyasının tərkibində olan bir dövlət kimi) vergi və rüsumlar
mövcud olmuşdu:
birbaşa vergilər
rüsumlar
aksiz yığımları
Qeyd edilən dövrdə Azərbaycan Rusiya
İmperiyasının tərkib hissəsi olduğundan vergilər haqqında qanunlar yerli
xüsusiyyətlər nəzərə alınmaqla mərkəzdən verilirdi. Yerli ərazi-idarəetmə
orqanları yalnız öz əraziləri hüdudlarında əlavə vergilər yığa bilərdilər.
Həmin dövrdə vergi sistemi
ibarət idi:
dövlət vergilərindən
yerli vergilərdən
Dövlət vergiləri mövcud qanunvericiliklə müəyyən edilirdi və dövlətin bütün
ərazisində ödənilməli idi.
Dövlət vergilərinə
aid edilirdi:
dövlət torpaq vergisi,
əmlakdan vergi,
ticarət və sənaye vergisi,
pul kapitalından vergilər
aksiz vergiləri.
Dövlət vergiləri Dövlət Xəzinəsinin gəlirlərinin əsas hissəsini təşkil edirdi.
Yerli vergilər isə yerli ərazi idarəetmə orqanları (quberniya, vilayət, şəhər,
qəza Zemstvoları) tərəfindən müəyyən edilirdi və həmin ərazi daxilində
yığılırdı. Yerli vergilər yerli Xəzinədarlıqlara toplanırdı və yığılmış
vəsaitlər yerli polis idarəsinin, yerli idarəetmə çox vaxt zemstvo vergiləri də
deyirdilər.
Yerli vergilərə
aid edilirdi:
əlavə ticarət və sənaye vergisi,
əlavə aksiz vergisi,
şəxsi vergilər,
tüstü (həyətbaşı) vergisi,
qəssablardan alınan vergilər,
zibilxanaların təmizlənməsi üçün vergilər,
çəmən və otlaq yerlərindən istifadəyə görə vergilər,
yoldan istifadəyə görə vergilər və s. aid idi.
XIX əsrin vergi sisteminin ən
başlıca nöqsanlarından biri ölkə əhalisinin aztəminatlı yoxsul hissələrinə vergi
güzəştlərinin olmaması və ya bu güzəştlərin səviyyəsinin çox aşağı olması idi.
Həmin dövrə xas olan digər cəhətlərdən biri də bu idi ki, zadəganlar, adlı-sanlı
nəsildən olan şəxslər vergi güzəştlərinə malik idilər və milyonlarla gəlirlərə
malik olmalarına baxmayaraq, onlar daha az vergi verir və dövlət məmurları ilə
daha tez dil tapa bilirdilər. Yoxsullar və orta təbəqənin nümayəndələri isə ağır
vergi yükü altında əziyyət çəkirdilər. Bu isə ilk növbədə birbaşa vergilər və
həddindən artıq müxtəlif olan rüsumlarla əlaqədar idi. Bu dövrdə olmuş vergilər
təsərrüfat fəaliyyətinin və mülki münasibətlərin müxtəlif sahələrini əhatə
edirdi və mövcud qanunvericiliklə tənzimlənirdi.
Beləliкlə,
XIX əsr və XX əsrin əvvəllərində
Azərbaycanda mövcud olan vergi sisteminin əsas hissəsini dövlət tоrpaq vergisi
və əsgəri vergi təşкil edirdi. Sоnra isə ticarət və sənaye fəaliyyətindən
vergilər və aкsiz vergiləri xüsusi əhəmiyyət kəsb edirdi. Vətəndaşların
gəlirlərindən tutulan vergilər isə həmin vergilərin çох hissəsini təşкil edirdi.
Həmin dövrdə mövcud оlmuş rüsumların bəziləri isə (məsələn, gerb rüsumu) zaman
кeçdiкcə aradan çıхmışdır.