BEYNƏLXALQ TƏHLÜKƏSİZLİK SİSTEMİNƏ TƏHLÜKƏ YARADAN AMİLLƏRİN MALİYYƏLƏŞDİRİLMƏSİ: KÖLGƏ İQTİSADİYYATI VƏ VERGİDƏN YAYINMA KONTEKSTİNDƏ

21.06.2019

Babayev Zahir Agasəf oğlu

Hüquq üzrə fəlsəfə doktoru, Vergilər Nazirliyinin Tədris Mərkəzi

Xülasə

Tədqiqatın məqsədi - “kölgə iqtisadiyyatı” və vergidən yayinma kontekstində beynəlxalq təhlükəsizlik sisteminə təhlükə yaradan amillərin maliyyələşdirilməsi probleminin tədqiqi.

Tədqiqatın metodologiyası - sistemli yanaşma, müqayisəli təhlil.

Tədqiqatın nəticələri - beynəlxalq təhlükəsiziliyin qorunması sahəsində “kölgə iqtisadiyyatı” və vergidən yayınma hallarının minimuma endirilməsi istiqamətində real addımların atılması üçün “Kölgə iqtisadiyyatı” və kriminallaşmış külli miqdarda vergidən yayınma halları nəticəsində qeyri-qanuni gəlir əldə etmiş şəxslərin və ya təşkilatların öz gizlətdikləri gəlirlərin leqallaşdırılması üçün şərəaitin yaradılması üçün təkliflərin verilməsi.

Tədqiqatın məhdudiyyətləri - beynəlxalq təhlükəsizliyə təhdid kimi “kölgə iqtisadiyyatı”nın və vergidən yayınma hallarının artma və azalma meyllərinin müəyyən edilməsi üçün konkret geniş statistik məlumatların olmaması.

Tədqiqatın praktiki əhəmiyyəti - tədqiq olunan sahədə digər elmi tədqiqatların aparılması üçün mənbə kimi istifadənin mümkünlüyü.

Tədqiqatın orijinallığı və elmi yeniliyi -  “Kölgə iqtisadiyyatı” ilə mübarizə sahəsində problemlərin həlli istiqamətində müəyyən təkliflər, o cümlədən qeyri-qanuni gəlirlərlərini könüllü şəkildə bəyan etmiş şəxslərin və ya təşkilatların təhlükəsizliklərinə dövlət təminatının verilməsi ilə bağlı təklif irəli sürülmüşdür.