XƏBƏRLƏR

"Formal əmək fəaliyyətinə cəlb olunma ilə, qadınların iqtisadi aktivlik dərəcəsinin artırılmasına hədəflənmiş fərqindəlik kampaniyası" tədbiri keçirilmişdir.

08 noyabr 2019-cu il tarixində Xəzər rayonu Qadın Resurs Mərkəzində İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi və Avstriya İnkişaf Əməkdaşlığının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu tərəfindən birgə həyata keçirilən “Cənubi Qafqazda qadınların iqtisadi səlahiyyətlərinin artırılması” layihəsi çərçivəsində "Formal əmək fəaliyyətinə cəlb olunma ilə, qadınların iqtisadi aktivlik dərəcəsinin artırılmasına hədəflənmiş fərqindəlik kampaniyası" tədbiri keçirilmişdir. “Formal və informal işin işçi üçün faydalı və zərərlərli tərəfləri” modulu ilə başlayan tədbirdə gənc sahibkarlar və peşəkar ekspertlər iştirak etmişdir.

Tədbirdə Tədris Mərkəzinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin müəllimi Tural Abbasov məruzəçi qismində çıxış etmiş, iştirakçılarla müxtəlif keyslər üzrə müzakirələr həyata keçirmiş və iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.