XƏBƏRLƏR

26 aprel avqust 2019-cu il tarixdə "Vaxtın idarə olunması" mövzusunda təlim keçirilib.

26 aprel avqust 2019-cu il tarixdə Vergilər Nazirliyinin Tədris Mərkəzində "Vaxtın idarə olunması" mövzusunda təlim keçirilib.Təlimdə təlimçi qismində Vergilər Nazirliyinin İnsan Resursları Departamentinin Təhsil və inkişaf şöbəsinin əməkdaşı Vahid Məsimov iştirak edib.

Təlimə Vergilər Nazirliyi Aparatının, Vergi siyasəti departamentinin, İqtisadi təhlil Departamentinin, Vergi ödəyicilərinə xidmət departamentinin, Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi departamentinin, Vergilər Nazirliyi yanında Kiçik Sahibkarlıqla İş Departamentinin, Bakı şəhəri Lokal Gəlirlər və 11 saylı Ərazi Vergilər Departamentinin, 5, 8, 9, 10, 13 və 14 saylı Ərazi Vergilər İdarələrinin əməkdaşları iştirak edib.

Təlimi giriş sözü ilə Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisinin birinci müavini Ceyhun Mehdiyev açaraq vaxtdan səmərəli istifadə etmək üçün təlimin əhəmiyyətindən danışıb.

Təlim iştirakçılarla tanışlıqla başlayıb. Daha sonra təlimçi Vahid Məsimov bu təlimdə effektiv planlama üsullarını, işlərin prioritetləşdirilməsini, öhdəliklərin bölüşdürülməsini, öz görəv sahənizə diqqətinizi cəmləməyi və vaxtdan səmərəli istifadə etmək üçün praktiki alətlərin tətbiqini öyrənəcəklərindən danışıb.

Təlim zamanı gərgin peşəkar həyatla şəxsi həyat, sağlamlıq və peşəkar inkişafı necə bir arada uyğunlaşdırmaq olar, şəxsi effektivlik texnikaları,iş dünyasında zamanın əhəmiyyəti, gündəlik həyatda sağlam həyat tərzi qaydaları kimi mövzular geniş müzakirə edilib.

Təlimdə dinləyici qismində iştirak edən Vergi orqanlarının əvəkdaşları iıə qrup işləri aparıılıb, həmçinin bir sıra təcrübələr aparılıb.

Yekunda iştirakçılar tərəfindən verilən suallar Vahid Məsimov tərəfindən cavablandırılıb.