XƏBƏRLƏR

"Transfer qiymətləri" mövzusunda seminar keçirilmişdir.

4 aprel 2019-cu il tarixində Vergilər Nazirliyinin Tədris Mərkəzində “Elmi-tədqiqat” bölməsinin seminarı keçirilmişdir. Seminarda bölmənin baş elmi işçisi, 3-cü dərəcəli müfəttiş Xəlil Əfəndiyev "Transfer qiymətləri" mövzusunda çıxış etmişdir. Seminarda transfer qiymətlərinin yaranma səbəbi, “Qol uzunluğu” prinsipi, Müqayisəlik, Transfer qiymətlərinin müəyyənləşdirilməsi üsulları, İnzibati və əməletmə məsələləri təhlil edilmiş və fikir mübadiləsi aparılmışdır. Seminarda transfer qiymətlərinin tətbiq edildiyi tərəflər və əməliyyatlar, transfer qiymətləri üzrə beynəlxalq tənzimləmələr, beynəlxalq məlumat bazaları istiqamətlərinə də toxunulmuşdur.

Seminarda çıxış edən Tədris Mərkəzinin əməkdaşları bir daha qeyd etmişlər ki, transfer qiymətlərinin müəyyən edilməsi prinsipləri vergitutma bazasının daha dəqiq müəyyən edilməsinə imkan verir, digər tərəfdən isə vergi orqanları əməkdaşlarının bu sahədə təkmilləşdirilməsi məsələsini ortaya çıxarır.