XƏBƏRLƏR

Vergilər Nazirliyinin Tədris Mərkəzində "Vergi sahəsində kadr hazırlığı – problemlər, perspektivlər" mövzusunda DƏYİRMİ MASA keçiriləcəkdir

 

 

 

 

Vergi sahəsində kadr hazırlığı – problemlər, perspektivlər

 

mövzusunda

DƏYİRMİ MASA

 

Şamaxı, VN-nin Tədris Mərkəzi

07.10.2016-cı il

 

 

 

Dəyirmi masanın proqramı

 

08:00

Vergilər Nazirliyinin qarşısından yola düşmə

10:00 – 10:15

İştirakçıların qeydiyyatı

10:15 – 10:30

Kofe/çay fasiləsi

10:30 – 11:00

Tədris Mərkəzi ilə tanışlıq

11:00 – 13:00

Təqdimatlar, çıxışlar

13:00 – 14:30

Nahar fasiləsi

14:30 – 16:00

Təqdimatlar, çıxışlar

16:00 – 16:10

Tədbirin yekunu

16:10 – 16:30

Kofe/çay fasiləsi

16:30

Bakıya yola düşmə

 

 

“Vergi sahəsində kadr hazırlığı – problemlər, perspektivlər” mövzusunda dəyirmi masada müzakirə olunacaq məsələlər

 

Maliyyə-vergi  sahəsində  kadr hazırlığı

  • Orta ümumtəhsil müəssisələrində vergi sahəsində zəruri biliklərin aşılanması və vergi mədəniyyətinin formalaşması;
  • Ali təhsil müəssisələrində maliyyə  sahəsində tədris olunan fənlərin xüsisiyyətləri;
  • İnformasiya texnologiyalarından istifadə olunma bacarıqlarının gücləndirilməsi;
  • Maliyyə -vergi sahəsində kadrlara olan tələblərin müəyyənləməsi;
  • Kadrlara olan tələbin strukturu və ona uyğun tədris materiallarının hazırlanması;
  • Vergi sistemində tədris və təlim konsepsiyası;

 

                           Kadr hazırlığı prosesində rast gəlinən problemlər

  • Əldə olunan biliklərin zəifliyi və qeyri adekvatlığı;
  • Kadrlara olan tələblərlə mövcud vəziyyətin uyğunsuzluğu;
  • Maliyyə sisteminin dinamikliyi və onun tədris materiallarında canlandırılması;
  • Kadrların düzgün yerləşdirilməsi və onların bilik və bacarıqlarının qiymətləndirilməsi;
  • İxtisasartırma və peşə hazırlığı proqramlarının real tələbatlara uyğunlaşdırılması;

 

Maliyyə-vergi  sahəsində kadr hazırlığı prosesində nəzəriyyə ilə praktikanın əlaqələndirilməsi

  • Nəzəri biliklərin praktikada tətbiqi mexanizmlərinin araşdırılması və onun tədrisi;
  • Maliyyə-vergi sahəsində zəruri nəzəri biliklərin müəyyənləşməsi;
  • Maliyyə-vergi sahəsində fəaliyyət göstərən kadrların nəzəri biliklərinin praktiki tətbiqi bacarıqlarının qiymətləndirilməsi;
  • Peşə fəaliyyətinin ümumi əsasları, ixtisas sahələri üzrə və innovasiya sahələri üzrə kurslarının nəzəri və praktiki aspektləri;
  • Nəzəri biliklərin praktikada tətbiq edilməsi ilə bağlı qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi;

 

Vergilər Nazirliyinin kadr hazırlığı sahəsində fəaliyyətinin əsas istiqamətləri

  • Təlim və tədris prosesinin təkmilləşdirilməsi: reallıqlar və perspektivlər;
  • Kadr hazırlığı prosesində digər aidiyyəti strukturlurla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi;
  • Beynəlxalq praktikada tətbiq edilən səmərəli metodların tətbiqi;
  • Kadrların hazırlanması və ixtisaslarının artırılması prosesində müasir tədris texnologiyalarının  tətbiqi;
  • İnformasiya sistemlərinin – e-learning, b-learning və m-learning  sxemlərinin tətbiqi.