gallery6

“Peşə fəaliyyətinin ümumi əsasları” modulu üzrə təlim başa çatdı

12.08.2016

Vergilər Nazirliyinin “Peşə fəaliyyətinin ümumi əsasları” mövzusunda təlimin keçirilməsi barədə 18 iyul 2016-cı il tarixli 1617041401063500 nömrəli əmri ilə Tədris Mərkəzində 28 iyul 2016-cı il tarixdən 12 avqust 2016-cı il tarixədək olan müddətdə dövlət vergi orqanlarının stajçı əməkdaşları üçün ənənəvi təhsil sistemi tətbiq edilməklə “Peşə fəaliyyətinin ümumi əsasları” mövzusunda  təlim təşkil edilmişdir.

Təlimə 20 nəfər stajçı əməkdaş cəlb edilmişdir.

Təlim zamanı Vergi Məcəlləsinin tətbiqinin hüquqi aspektləri, hüquqi və fiziki şəxslərin vergiyə cəlb edilməsi, peşə fəaliyyətinin sahə xüsusiyyətləri (vergi inzibatçılığı), peşə fəaliyyətinin ümumi mövzuları və mühasibat uçotunun əsasları ilə əlaqədar mövzular tədris olunmuşdur. Təlimə 74 tədris saatı ayrılmışdır.

Stajçı əməkdaşların hər biri imtahanından əvvəl 5-10 dəqiqəlik məruzə ilə sərbəst bir mövzu üzrə təqdimat keçirmişdir. Əməkdaşlardan Vergilər Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin stajçı bölmə rəisi Əliyev Kənan Məhərrəm oğlu, Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin dövlət vergi müfəttişi Tarverdiyeva Aydan Xanbala qızı, 3 saylı Ərazi Vergilər İdarəsinin dövlət vergi müfəttişi Qubadzadə Vusal Xaqani oğlu, 4 saylı Ərazi Vergilər İdarəsinin dövlət vergi müfəttişi Rəhimov Vüqar Şahin oğlu, 5 saylı Ərazi Vergilər İdarəsinin dövlət vergi müfəttişi Şahbazov Elvin Akif oğlu və 13 saylı Ərazi Vergilər İdarəsinin dövlət vergi müfəttişi Deyxanov Sənan Əlxan oğlu fərqlənmişlər.

Stajçı əməkdaşların bir qrupu tədris məşğələlərində xüsusi fəallıq göstərmişlər. Bu əməkdaşlardan 3 saylı Ərazi Vergilər İdarəsinin dövlət vergi müfəttişi Həsənli Həsən Şükür oğlunu, həmin idarənin dövlət vergi müfəttişi Qubadzadə Vusal Xaqani oğlunu, 4 saylı Ərazi Vergilər İdarəsinin dövlət vergi müfəttişi Rəhimov Vüqar Şahin oğlunu, 6 saylı Ərazi Vergilər İdarəsinin dövlət vergi müfəttişi Ramazanov Ruslan Marif oğlunu və 11 saylı Ərazi Vergilər Departamentinin dövlət vergi müfəttişi Rəhimli Tural Rəşid oğlunu qeyd etmək olar.

Kursun yekunu üzrə, 12 avqust 2016-cı il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir.

Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin dövlət vergi müfəttişi Tarverdiyeva Aydan Xanbala qızı və 5 saylı Ərazi Vergilər İdarəsinin dövlət vergi müfəttişi Şahbazov Elvin Akif oğlu imtahandan “əla” qiymətlər almışlar.

Vergilər Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin stajçı bölmə rəisi Əliyev Kənan Məhərrəm oğlu (52%),  8 saylı Ərazi Vergilər İdarəsinin dövlət vergi müfəttişi Əmiraslanov Ruslan Əliağa oğlu (61%) və 13 saylı Ərazi Vergilər İdarəsinin dövlət vergi müfəttişi İsrafilov Rəşad Nuru oğlu (62%) aşağı nəticə göstərərək imtahandan “qeyri-kafi” qiymət almışlar. Digər əməkdaşların bilik səviyyələri “kafi” və “yaxşı” qiymətləndirilmişdir.

Qrup üzrə sınaq imtahanının nəticəsi 54,6%, yekun qiymətləndirilmənin nəticəsi isə 78,4% olmuşdur (fərq +23,8 bənd).