gallery6

“Vergi öhdəliklərinin müəyyənləşdirilməsi icrasına nəzarət işlərinin təşkili” ixtisas (fəaliyyət) sahəsi üzrə təlim başa çatdı

28.07.2016

“Vergi öhdəliklərinin müəyyənləşdirilməsi icrasına nəzarət işlərinin təşkili” ixtisas (fəaliyyət) sahəsi üzrə əyani təhsilalma forması tətbiq edilməklə ixtisasartırma təlimi başa çatmışdır.

Təlim kursu Vergilər Nazirliyinin Tədris Mərkəzində 13 iyul 2016-cı il tarixdən 28 iyul 2016-cı il tarixədək davam etmişdir

Təlimə bu sahədə çalışan 14 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilmişdir.

Tədris-mövzu planına Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiqinin hüquqi aspektləri, Hüquqi və fiziki şəxslərin vergiyə cəlb edilməsi, Vergi öhdəliklərinin müəyyənləşdirilməsi və icrasına nəzarət prosedurları və AVİS-in operativ vergi nəzarətinin təşkili ilə bağlı altsistemdən istifadə qaydaları mövzuları daxil edilmiş və tədris olunmuşdur.

İxtisas (fəaliyyət) sahəsi üzrə təlim kursunun sonunda, 28 iyul 2016-cı il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir.

İmtahanda iştirak edən əməkdaşlardan 3 nəfər “yaxşı”, 8 nəfər isə “kafi”, 2 nəfər “qeyri-kafi” qiymətlər almışlar, 1 nəfər isə imtahanda iştirak etməmişdir.

4 saylı  Ərazi Vergi İdarəsinin Vergi öhdəliklərinin müəyyənləşdirilməsi və icrasına nəzarət böyük dövlət vergi müfəttişi Məmmədzadə Nurlan Qabil oğlu və 9 saylı Ərazi Vergi İdarəsinin Vergi öhdəliklərinin müəyyənləşdirilməsi və icrasına nəzarət baş dövlət vergi müfəttişi Nəcəfov Elçin Cümşüd oğlu zəif nəticə göstərərək imtahandan “qeyri-kafi” qiymətlər almışlar.

Qrup üzrə sınaq imtahanının orta nəticəsi 59,0%, yekun nəticəsi ilə 74,4% olmuşdur.

Sonda imtahandan müvəffəq qiymət almış əməkdaşlara sertifikatlar verilmişdir.