gallery6

Büdcədənkənar fond hesabına saxlanılan əməkdaşlar üçün təlim başlamışdır.

27.07.2016

Dövlət vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturlarına təyin olunmuş büdcədənkənar fond hesabına saxlanılan əməkdaşlar üçün vergi ödəyicilərinə xidmət sahəsində peşəkarlığın artırılması məqsədilə iş prosesində istifadə olunan ümumi mövzular üzrə Tədris Mərkəzində 3 günlük (27-29 iyul 2016-cı il tarixlərdə) təlim nəzərdə tutulmuşdur.

Təlimə büdcədənkənar fond hesabına saxlanılan 22 nəfər müfəttiş cəlb edilmişdir.

Təlim prosesində vergi qanunvericiliyinin ümumi əsasları, etik davranış, daxili xidməti intizam və məsuliyyət məsələləri, dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə və əmək qanunvericiliyinin tətbiqi məsələləri, korrupsiya ilə əlaqədar hüquqpozmalar və məsuliyyət məsələləri, vergi ödəyiciləri ilə qarşılıqlı münasibətlərdə ünsiyyət etikası, Vergi bəyannamələrinin təqdim edilməsi, vergilər üzrə ödəmə müddətləri və vergi bəyannamələrinin tərtib edilmə qaydaları, Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi, ASAN İmza, istifadəçi kodu, parol və şifrə, Vergilər Nazirliyinin elektron xidmətləri, Vergi ödəyicilərinə xidmətlərin göstərilməsi Qaydaları və AVİS-in “Xidmət” modulundan istifadə barədə tədris olunması nəzərdə tutulmuşdur.

Təlim prosesinə təlimçi qismində Tədris Mərkəzinin əməkdaşları ilə yanaşı Vergi ödəyicilərinə xidmət baş idarəsinin, Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin, Vergilər Nazirliyinin İnsan resursları idarəsinin və İnformasiya texnologiyaları şöbəsinin mütəxəssisləri cəlb edilmişlər.