XƏBƏRLƏR

“Vergi borclarının alınması” sahəsi üzrə “Vergi inzibatçılığını” təlim modulu üzrə təlimlər başlamışdır

“Dövlət vergi orqanlarında müvafiq fəaliyyət sahələri üzrə çalışan əməkdaşların bilik və bacarıqların sertifikatlaşdırılması Qaydaları”na əsasən 13 iyul 2016-cı il tarixdən 19 iyul 2016-cı il tarixədək olan müddətdə vergi borclarının alınması sahəsində çalışan vergi orqanının əməkdaşları üçün  “Vergi borclarının alınması” sahəsi üzrə “Vergi inzibatçılığı”  təlim modulu üzrə təlimlər başlamışdır.

Təlimə bu sahədə çalışan və “Vergi qanunvericiliyi” təlim modulu üzrə birinci mərhələdən uğurla keçən 28 nəfər vergi orqanı əməkdaşı cəlb edilmişdir. Təlim prosesində vergilər üzrə borcların alınması qaydası, vergi öhdəliklərinin yerinə yetirilməsi, artıq ödənilmiş vergilərin qaytarılması, əmlakın siyahıya alınması və vergi inzibatçılığında nəzərdə tutulmuş digər məsələlər tədris olunacaqdır. Təlimin ikinci mərhələsinin sonunda, 19 iyul 2016-cı il tarixdə imtahan təşkil ediləcək.