XƏBƏRLƏR

“Vergi öhdəliklərinin müəyyənləşdirilməsi və icrasına nəzarət işlərinin təşkili” ixtisas (fəaliyyət) sahəsi üzrə təlim başlamışdır

Vergilər Nazirliyinin müvafiq əmri ilə Tədris Mərkəzində 13 iyul 2016-cı il tarixdən etibarən “Vergi öhdəliklərinin müəyyənləşdirilməsi və icrasına nəzarət işlərinin təşkili” ixtisas (fəaliyyət) sahəsi üzrə ənənəvi təhsilalma forması tətbiq edilməklə ixtisasartırma kursu başlamışdır.

Təlim kursuna Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin, 11 saylı, 12 saylı Ərazi Vergilər Departamentlərinin, 3 saylı, 5 saylı, 6 saylı, 8 saylı, 9 saylı 10 saylı, 13 saylı və 14 saylı Ərazi Vergilər İdarələrinin əməkdaşları cəlb edilmişlər.

Tədris prosesində vergi qanunvericiliyinin nəzəri və praktiki aspektləri,  vergi inzibatçılığı, ümumi mövzular və funksional fəaliyyət istiqamətləri üzrə aidiyyəti mövzular tədris olunacaqdır.

Tədris prosesində əməkdaşların ixtisas (fəaliyyət) sahəsi üzrə peşə hazırlığına xüsusi diqqət yetirilir.

Təlim kursu 28 iyul 2016-cı il tarixədək davam edəcək.