XƏBƏRLƏR

DVX-nin Tədris Mərkəzinin əməkdaşlarının həmmüəllifliyi ilə hazırlanmış multidissiplinar monoqrafiya Sankt-Peterburqda işıq üzü görüb

Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımovun, həmin Mərkəzin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyevin, eləcə də Rusiya, Qazaxıstan və Müstəqil Dövlətlər Birliyinə daxil olan digər dövlətlərin alimlərindən ibarət beynəlxalq müəlliflər kollektivinin “Müasir pandemiya reallığının çoxcəhətliliyi” (Многогранность современной пандемической реальности) adlı multidissiplinar monoqrafiyası Sankt-Peterburq şəhərində işıq üzü görmüşdür.

Monoqrafiya koronavirus pandemiyası kimi elan olunmuş “COVID-19” infeksiyası ilə bağlı müasir danyada yaranan problemlərin tədqiqinə həsr olunmuşdur. Məlum olduğu kimi, pandemiya Azərbaycandan da yan keçməmiş və dövlət tərəfindən görülən bütün tədbirlərə baxmayaraq, ölkəmizdə də yoluxmadan az olmayan sayda ölüm halları baş vermişdir. Bu proses, müəyyən dövrlərdə nisbi azalmaları çıxmaq şərti ilə, hazırda davam edir. COVID-19 infeksiyasının mənşəyi və təbiəti ilə bağlı birmənalı mövqeyin olmamasını nəzərə alan beynəlxalq müəlliflər kollektivi ərsəyə gətirdikləri monoqrafiyada pandemiyanın tibbi, iqtisadi aspektləri ilə yanaşı, hüquqi və sosial cəhətlərini də araşdırmışlar. Əsərin “Korrupsiya təzahürlərinin meylləri və müasir pandemiya gerçəkliyində onunla mübarizənin səmərələliyi” adlı müstəqil 19-cu fəsli bilavasitə Mirəli Kazımov və Nazim Əliyev tərəfindən işlənib hazırlanıb.

Monoqrafiya yalnız müvafiq sahənin mütəxəssisləri üçün deyil,  həmçinin ali təhsil və elm müəssisələrinin əməkdaşları və geniş oxucu dairəsi üçün maraq kəsb edir.

https://www.taxes.gov.az/az/post/1546