gallery6

“Dövlət vergi orqanlarında icra intizamına nəzarət və kargüzarlıq işinin təşkili” ixtisas (fəaliyyət) sahəsi üzrə təlim yekunlaşmışdır

13.07.2016

Vergilər Nazirliyinin müvafiq əmri ilə Tədris Mərkəzində 23 iyun 2016-cı il tarixdən 13 iyul 2016-cı il tarixədək olan müddətdə “Dövlət vergi  orqanlarında icra intizamına nəzarət və kargüzarlıq işinin təşkili” ixtisas (fəaliyyət) sahəsi üzrə əyani təhsilalma forması tətbiq edilməklə təlim başa çatmışdır.

Kursun yekunu üzrə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir.

Tədris prosesində vergi qanunvericiliyinin nəzəri və praktiki aspektləri,  vergi inzibatçılığı, ümumi mövzular və funksional fəaliyyət istiqamətləri üzrə aidiyyəti mövzular tədris olunmuşdur.

İmtahan komissiyası tərəfindən tədrisini uğurla başa vurmuş əməkdaşlara sertifikatlar verilmiş və onların gələcək fəaliyyətində uğurlar arzulamışlar.