XƏBƏRLƏR

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 17 il keçir.

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 17 il keçir.

Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev məhz belə tarixi şəxsiyyətlərdən biridir, o,  müstəqil Azərbaycan dövlətinin qurucusu və banisidir.

Ulu öndərin Azərbaycan xalqı qarşısında xidmətlərindən biri də müasir dünyanın ən güclü siyasi liderlərindən biri kimi son 30 ilə yaxın müddət ərzində davam edən erməni işğalına son qoyan, Azərbaycanın ərazi bütövlüyünü təmin edən böyük tarixi şəxsiyyət İlham Əliyevi ölkəmizə bəxş etməsi olmuşdur.

Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində yaşayır və əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin!