XƏBƏRLƏR

Büdcədənkənar fond hesabına saxlanılan əməkdaşlar üçün təlim keçirilmişdir

Dövlət vergi orqanlarının operativ vergi nəzarəti strukturlarına təyin olunmuş büdcədənkənar fond hesabına saxlanılan əməkdaşlar müxtəlif operativ vergi nəzarəti tədbirlərinə cəlb edildiyini nəzərə alaraq, onların qeyd olunan sahə üzrə ilkin nəzəri və praktiki bilikləri əhatə edən təlimlərə cəlb edilməsi məqsədilə iş prosesində istifadə olunan ümumi mövzular üzrə Tədris Mərkəzində 3 günlük (29, 30 iyun və 1 iyul 2016-cı il tarixlərdə) təlim təşkil edilmişdir.

Təlimə büdcədənkənar fond hesabına saxlanılan 29 nəfər müfəttiş cəlb edilmişdir.

Təlim prosesində vergi qanunvericiliyinin ümumi əsasları, etik davranış, daxili xidməti intizam və məsuliyyət məsələləri, dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə və əmək qanunvericiliyinin tətbiqi məsələləri, korrupsiya ilə əlaqədar hüquqpozmalar və məsuliyyət məsələləri, vergi ödəyiciləri ilə qarşılıqlı münasibətlərdə ünsiyyət etikası, geyim daşıma qaydaları, vergi orqanlarında məlumat təhlükəsizliyinin təmin edilməsi məsələləri,  operativ vergi nəzarətinin keçirilməsinin ümumi prinsipləri və vergi orqanları tərəfindən operativ nəzarət işlərinin təşkili və həyata keçirilməsi istiqamətləri tədris olunmuşdur.