XƏBƏRLƏR

Vergi ödəyicilərinə xidmət mərkəzlərinin təmsilçiləri üçün təşkil edilmiş distant təlim yekunlaşmışdır.

20  aprel 2020-ci il tarixdən 2 may 2020-ci il tarixədək olan müddətdə koronavirus (COVİD-19) xəstəliyinə qarşı mübarizə tədbirləri ilə əlaqədar distant (məsafədən) təhsilalma forması tətbiq edilməklə  vergi ödəyicilərinə xidmət strukturlarının əməkdaşları üçün təlim təşkil edilmiş və təlimə 38 nəfər xidmət mərkəzlərinin təmsilçisi cəlb edilmişdir.

Təlim zamanı vergi qanunvericiliyinin hüquqi aspektləri, hüquqi və fiziki şəxslərin vergiyə cəlb edilməsi, "Sosial sığorta haqqında", "İşsizlikdən sığorta haqqında"  Azərbaycan Respublikasının Qanunları, dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili, Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, onlayn kargüzarlıq səhifəsinin istifadəçi təlimatı, E-Bəyannamə bölməsindən istifadə, Elektron imza üçün sertifikat xidmətləri, “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin Qərarı, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Əlavə dəyər vergisinin qaytarılması Qaydası”, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin doldurulması, dövlət vergi orqanları əməkdaşlarının etik davranış, daxili xidməti intizam və məsuliyyət normaları ilə bağlı mövzular onlayn rejimdə tədris olunmuşdur.

Təlimə 35 saat aktiv tədris saatı ayrılmışdır. Tədris prosesində Tədris Mərkəzinin əməkdaşları ilə yanaşı Vergilər Nzirlyinin aidiyyəti strukturlarının təcrübəli təlimçi əməkdaşları iştirak etmişlər.

Kursun yekunu üzrə, 4 və 5 may 2020-ci il tarixlərdə AVİS-də real vaxt rejimində test üsulu ilə qiymətləndirmə keçirilmişdir. Əməkdaşların bilik və bacarıqları mənimsəmə səviyyəsinin qiymətləndirilməsi Vergilər Nazirliyinin 13 may 2016-cı il tarixli 1617040100681200 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığının təşkili Qaydaları”nın 5-ci bəndinə uyğun olaraq həyata keçirilmişdir.