gallery6

"Təlimçilər üçün təlim" mövzusunda təlim təşkil olunub.

07.02.2020

5 və 7 fevral 2020-ci il tarixlərində Vergilər Nazirliyinin Tədris Mərkəzində "Təlimçilər üçün təlim" mövzusunda təlim təşkil olunub. Təlimdə təlimçi qismində kənar Mütəxəssis Fəxri Ağayev dəvət olunub

Təlimi giriş sözü ilə Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Şahin Bağırov açaraq təlimin əhəmiyyətindən danışıb.

Təlim iştirakçılarla tanışlıqla başlayıb. Daha sonra təlimçi Fəxri Ağayev bu təlimdə Təlimlərə hazırlıq prosesi, Auditoriyanı tanıması, Təlim başlaması. Təlimin ana məzmununun hazırlanması, Təlimdə bədən dili, səs tonu, vizuallığın təlimdəki önəmi təqdimatın hazırlanması ilə bağlı praktiki alətlərin tətbiqini öyrənəcəklərindən danışıb.

Təlim zamanı interaktiv təlim üsulundan istifadə edilərək, iştirakçıların praktiki müzakirə qruplarında qrup işlərini təqdim etməsi də reallaşıb.

Yekunda iştirakçılar tərəfindən verilən suallar Fəxri Ağayev  tərəfindən cavablandırılıb.