gallery6

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə birgə seminar təşkil olunmuşdur.

06.02.2020

 5 və 6 fevral tarixlərində Vergilər Nazirliyinin Tədris Mərkəzinin  Azərbaycan  Sahibkarlar Konfederasiyası ilə birgə əməkdaşlığı  çərçivəsində  seminar təşkil olunmuşdur.

  Seminarı giriş nitqi ilə Sahibkarlarla iş və kommunikasiya şöbəsinin rəhbəri  Nərmin Qəniyeva açmış, daha sonra Vergilər Nazirliyinin Tədris Mərkəzinin Vergi inzibatçılığının tədrisi şöbəsinin baş müəllimi Fariz Yadigarov “Vergi Məcəlləsinə edilmiş yeni dəyişikliklərin şərhi” mövzusunda seminarla iştirakçılar qarşısında çıxış etmişdir.

  Seminarda 30-dan çox şəxs  iştirak etmişdir, sonda sahibkarları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılmışdır.