gallery6

Tədris Mərkəzi tərəfindən SABAH tələbələri üçün təlim təşkil olundu!

27.01.2020

“Müasir biznesin əsasları və biznesmenin vergi münasibətləri” mövzusunda Vergilər Nazirliyinin Tədris Mərkəzində SABAH tələbələri üçün təlim təşkil olunmuşdur. Təlimdə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin SABAH tələbələri iştirak etmişdir

24 yanvarda təşkil olunmuş təlimdə Layihələrlə iş və inkişaf bölməsinin əməkdaşı Aysel Cavadova iştirakçıları Tədris Mərkəzi və onun fəaliyyəti ilə tanış etmiş, daha sonra isə Mərkəzin vergi inzibatçılığının tədrisi şöbəsinin müəllimi Orxan Balayev “Müasir biznesin əsasları və biznesmenin vergi münasibətləri” mövzusunda təlim keçmişdir.

Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.