XƏBƏRLƏR

“Peşə hazırlığının ümumi əsasları” istiqaməti üzrə təlimlər başladı.

27 yanvar 2020-ci il tarixdən 5 mart 2020-ci il tarixədək olan dövr ərzində “Peşə hazırlığının ümumi əsasları” istiqaməti üzrə stajçı əməkdaşlar üçün Tədris Mərkəzində ilkin hazırlıq təlimləri başladı. Təlimlərə 47 nəfər əməkdaş cəlb edilmişdir.

Təlim zamanı Vergi Məcəlləsinin tətbiqinin hüquqi aspektləri, hüquqi və fiziki şəxslərin vergiyə cəlb edilməsi, dinləyicilərin funksional fəaliyyət istiqamətləri üzrə vergi inzibatçılığı, AVİS-in müvafiq alt sistemlərindən istifadə qaydaları, iqtisadi biliklər, mühasibat uçotu, hüquqi biliklər, vergi orqanlarında xidmətkeçmə ilə bağlı mövzular, İdarəetmə mövzuları, informasiya texnologiyaları: “Microsoft Office” proqramları üzrə mövzular tədris ediləcək.

Təlim prosesinə Tədris Mərkəzinin təlimçiləri ilə yanaşı, Vergilər Nazirliyinin Mərkəzi aparatının mütəxəssisləri, həmçinin kənar mütəxəssislər cəlb edilmişlər.    

Təlimin sonunda dinləyicilərin maraqları nəzərə alınmaqla sərbəst mövzuların təqdimatı keçiriləcək.

Təlimin sonunda dinləyicilərin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək, təlimləri uğurla başa vurmuş dinləyicilərə sertifikatlar təqdim ediləcək.