gallery6

Sabirabad rayonunda sahibkarlar üçün təlim-seminar keçirilmişdir.

06.12.2019

03.12.2019-cu il tarixində Sabirabad rayon Qadın Resurs Mərkəzində BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda qadınların iqtisadi səlahiyyətlərinin artırılması” layihəsi çərçivəsində sahibkarlar üçün "Əmək müqaviləsi olmadan işə götürmək sizin biznesinizə böyük təhlükədir" mövzusunda seminar keçirilmişdir.

Seminarda Tədris Mərkəzinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin müəllimi Tural Abbasov əmək müqaviləsinin əhəmiyyəti, əmək müqaviləsi bağlanmadığı zaman həyata keçirilən məsuliyyət tədbirləri, muzdlu işlə əlaqədar gəlir vergisi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əsasında fəaliyyətin həyata keçirilməsi və digər maraqlı və zəruri mövzular üzrə çıxış etmiş və iştirakçıları maraqlandıran sualları cavablandırmışdır. Seminarda həmçinin 5 fərqli problemi əks etdirən keyslər üzərində qrup işi və keyslərin təqdimatı olmuşdur. Tədbir 5 saat davam etmiş və iştirakçıların böyük marağına səbəb olmuşdur.