XƏBƏRLƏR

Qış Məktəbinə qeydiyyat başladı

Qış Məktəbi (05.02.2020-08.02.2020).

Vergilər Nazirliyinin Tədris Mərkəzi  05.02.2020-08.02.2020 tarixlərində 18-30 yaş arası gənclər üçün Qış Məktəbinə qeydiyyat elan edir.

 4 gün üçün iştirak 175 azn təşkil edir.

Aşağıdakı şəxslərə güzəşt nəzərdə tutulur:
• Əvvəlki Yay və Qış məktəblərimizdə və təlimlərimizdə iştirak edən şəxslərə.
• Beş və daha artıq qrup şəklində qatılan şəxslərə.

Qış məktəbinə qeydiyyatdan keçmək üçün bizimlə əlaqə saxlayın:
(+99450) 254-49-69,
(+99450) 254-33-13,
(99412) 403-88-72

Qeydiyyat: https:http://bit.do/fjEZP

 

Qış məktbinin proqramına daxildir :

  • Gənclərin karyera hazırlığının təşkili;
  • İqtisadiyyat və vergi sahəsində praktiki bilik və bacarıqların formalaşdırılması
  • Şamaxı rayonunda yerləşən turistik məkanlara səfər;
  • Gün ərzində 3 dəfə qidalanma;
  • Tədris Mərkəzinin müasir tipli yataqxanasında gecələmək;
  • Tədris Mərkəzinin idman-sağlamlıq kompleksindən istifadə;
  • İntellektual və əyləncəli oyunlar;
  • Sertifikat;
  • İştirakçıların Bakıdan Şamaxıya aparılması və gətirilməsi;
  • 24 saat mühafizə