gallery6

İqtisadiyyat və idarəetmənin tədrisi şöbəsi tərəfindən “Davamlı inkişaf konsepsiyası və vergi siyasəti“ mövzusunda seminar keçirilmişdir

31.10.2019

 

31 oktyabr 2019-cu il tarixində Vergilər Nazirliyinin Tədris Mərkəzində “ Davamlı inkişaf  konsepsiyası və vergi siyasəti “ mövzusunda   dinləyicilərin və Tədris Mərkəzinin əməkdaşlarının birgə iştirakı ilə seminar keçirilmişdir. Seminarda aşağıdakı məsələlər müzakirə edilmişdir:

  • Davamlı inkişaf və onun sosial-iqtisadi mahiyyəti;
  • İqtisadi artım və makroiqtisadi göstəricilərin təhlili;
  • Vergi siyasətinin iqtisadi artıma təsir mexanizmləri:
  • Vergi yükü və iqtisadi artım;
  • Vergi siyasətinin seçim  istiqamətləri.

Seminar Tədris Mərkəzinin “İqtisadiyyat və idarəetmənin tədrisi” şöbəsinin rəisi İmran Qarayev tərəfindən   aparılmışdır. Seminarda Tədris Mərkəzinin rəisi Şahin Bağırov. dos. Zahir Babayev, baş müəllim Aqşin Əliyev iştirak etmişdir