gallery6

“Azərbaycanda vergitutmanın inkişaf tarixi” mövzusunda seminar

10.10.2019

     

10 oktyabr 2019-cu il tarixində Vergilər Nazirliyinin Tədris Mərkəzində “Peşə hazırlığının ümumi əsasları” təlim blokunun dinləyiciləri üçün “Azərbaycanda vergitutmanın inkişaf tarixi” mövzusunda seminar təşkil edilmişdir. Seminar Vergilər Nazirliyinin Tədris Mərkəzinin “İqtisadiyyat və menecment kafedrası”nın müdiri İmran Qarayev tərəfindən keçirilmişdir. Seminarda Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi səlahiyyətlərini icra edən Şahin Bağırov və Mərkəzin “Tədris və metodika şöbəsi”nin aparıcı mütəxəssisi Mustafa Hümbətov iştirak etmişlər.

            Seminarda Azərbaycanın vergi sisteminin müxtəlif tarixi dövrlərində mövcud vəziyyəti , o illərdə tətbiq olunan vergi növləri barədə geniş məlumat verilmişdir. Seminar Vergilər Nazirliyinin “Vergi Muzeyi”ndə aparılmışdır. “Vergi Muzeyi”nin eksponatlarından və mövcud analitik informasiya mənbələrindən istifadə etməklə  müxtəlif tarixi dövrlərdə vergitutmada baş verən dəyişikliklər əyani elektron məlumat lövhələlərində göstərilmişdir. Müxtəlif tarixi dövrlərdə Səlcuqlar, Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular, Atabəylər, Səfəvilər və digər dövrlərdəki mövcud vergilər haqqında məlumat dinləyicilərə çatdırılmışdır. Daha sonra Azərbaycan Xalq Cumhuriyyəti (1918-1920) dövründə və 1991-ci ildən müstəqilliyin yaranmasından müasir dövrə qədər vergitutmanın tarixi inkişaf yolu barədədə geniş məlumat verilmişdir.

              Müasir dövrdə multimilli şirkətlərin beynəlxalq korporasiyaların , müxtəlif xarakterli maliyyə qurumlarının eyni zamanda fərqli vergi sistemlərinə və növlərinə malik ölkələrdə fəaliyyət göstərməsi, vergi siyasətinə olan tələbi əhəmiyyətli dərəcədə artırmışdır. Bu tendensiyalar vergi siyasətinə beynəlxalq münasibətlər prizması çərçivəsində baxılması zərurətin yaradır. Bununla bağlı olaraq ikiqat vertutma sahəsində bağlanılan müqavilələr və konvensiyalar barədə dinləyicilərə məlumat çatdırılmışdır

            Vergi siyasəti iqtisadi inkişafın stimullaşdırılmasında, yeni iş yerlərinin açılmasında mühüm rol oynayır. Bu sahədə dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində vergi qanunvericiliyində müvafiq dəyişikliklər aparılmış və vergi sistemi daim olaraq təkmilləşdirilir.

            Seminarda dinləyicilər bu tarixi ekskursa maraq göstərmiş, dialoqlar və interaktiv müzakirələr aparmış və onlara vergi sahəsində həlli imperativ xarakter daşıyan istiqamətlər barədə məlumatlar verilmişdir.