XƏBƏRLƏR

Beynəlxalq elmi konfrans çərçivəsində bir sıra görüşlər keçirilmişdir

Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Auditorlar Palatası və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə  Bakı şəhərində “Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfrans çərçivəsində iştirak etmiş Rusiya Federasiyasını Zabaykalsk Dövlət Universitenin Ali İqtisad Məktəbinin direktoru, “İqtisadi nəzəriyyə və dünya iqtisadiyyatı” kafedrasının müdiri, “Теневая Экономика” jurnalının baş direktoru, iqtisad elmləri doktoru Vitali Burov və Avstriya iqtisadçısı, professor Fridrix Şneyder ilə 14 sentyabr 2019-cu il tarixdə Vergilər Nazirliyinin Tədris Mərkəzinin elmi-tədqiqat işləri üzrə rəis müavini Mirəli Kazımov arasında görüşlər keçirilmişdir. Həmin görüşlərdə beynəlxalq regional elm-tədris mərkəzinin yaradılması, birgə müəlliflik, elm-nəşriyyat fəaliyyətlərinin həyata keçirilməsi və s. bu kimi mühüm mövzular üzrə müzakirələr aparılmış və ilkin razılaşmalar əldə olunmuşdur.