gallery6

“KURATORLUQ” mövzusunda təlim keçirilmişdir.

30.08.2019

30 avqust 2019-cu il tarixdə Vergilər Nazirliyinin Tədris Mərkəzinin Bakı şəhərində yerləşən tədris korpusunda Bakı şəhərində fəaliyyət göstərən dövlət vergi orqanlarının əməkdaşları üçün “Kuratorluq” mövzusunda təlim keçirilmişdir. Təlimdə təlimçi qismində İnsan resursları baş idarəsinin Təhsil və inkişaf şöbəsinin rəisi İlkin Rəhimov çıxış etmişdir.

Təlimdə Vergilər Nazirliyinin Milli Gəlirlər, Lokal Gəlirlər, və Kiçik Sahibkarlarla İş üzrə baş idarələrinin vergi orqanlarına yeni işə qəbul edilən stajçı əməkdaşlar üçün kurator təyin olunması nəzərdə tutulan və öz işlədikləri sahələrdə uzunmüddətli iş təcrübəsinə malik olan əməkdaşları iştirak etmişdir.

Təlimdə idarəetmə sahəsində zəruri nəzəri biliklər, idarəetmə modelləri(“GROW” və “T”), video çarxlar və qrup tapşırıqları dinləyicilərə təqdim olunmuşdur.

Təlimin sonunda dinləyicilərin fikirləri dinlənilmiş və məmnunluq sorğuları cavablandırılmışdır.