XƏBƏRLƏR

Tədris Mərkəzində sertifikatlaşdırma ilə bağlı növbəti imtahan keçirilmişdir

Dövlət vergi orqanlarında operativ vergi nəzarəti və vergi ödəyicilərinin qeydiyyatı sahələrində çalışan əməkdaşlar 17 iyun 2016-cı il tarixdə Tədris Mərkəzində sertifikatlaşdırma ilə bağlı imtahan vermişlər. İmtahan “Dövlət vergi orqanlarında müvafiq fəaliyyət sahələri üzrə bilik və bacarıqların sertifikatlaşdırılması Qaydaları”na uyğun olaraq keçirilmişdir.

“Operativ vergi nəzarəti” və “Vergi ödəyicilərinin qeydiyyatı” fəaliyyət sahələri üzrə “Vergi inzibatçılığı” təlim bloku üzrə imtahanda 17 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.

İmtahanın yekun nəticəsinə görə əməkdaşlardan 5 nəfəri 1-ci dərəcəli, 10 nəfəri 2-ci dərəcəli, 2 nəfəri isə 3-cü dərəcəli sertifikat almışdır. Qeyd edək ki, imtahanların yekun nəticəsinə görə 91–100% nəticə göstərmiş əməkdaşa 1-ci dərəcəli, 81–90% nəticə göstərmiş əməkdaşa 2-ci dərəcəli və 70–80% nəticə göstərmiş əməkdaşa isə 3-cü dərəcəli sertifikat verilir.