XƏBƏRLƏR

“İqtisadiyyat və menecment” kafedrasının elmi seminarı keçirilib

19 avqust 2019-cu il tarixdə Vergilər Nazirliyinin Tədris Mərkəzinin Şamaxıda yerləşən inzibati binasında “İqtisadiyyat və menecment” kafedrasının dinləyicilərin iştirakı ilə birgə  elmi seminarı keçirilib.  Seminarda  “Vergi siyasəti və iqtisadi artım”  mövzusu ilə kafedranın müdiri, iqtisad elmləri namizədi İmran Qarayev çıxış edib.

Seminar aşağıdakı əsas istiqamətlər üzrə aparılıb:

- vergi siyasətinin iqtisadi inkişafa təsir meyllərinin problemləri;

- iqtisadi artıma təsir edən amillər;

- vergi yükünün ölkələr üzrə müqayisəli təhlili;

- vergi siyasətinin iqtisadi artıma təsir mexanizmləri və s.

            Seminarda dinləyicilərin iştirakı nəzərə alınaraq vergi siyasətinin nəzəri aspektlərinə xüsusi diqqət yetirilib və bu sahədə statistik məlumatlar əsasında müqayisəli təhlillər aparılıb. Dinləyicilər tərəfindən iqtisadi artımın vergi mexanizmləri vasitəsi ilə təsirinin qiymətləndirilməsi üçün ekonometrik modellərdən istifadə edilməsi məsələlərinə daha böyük maraq göstərilib.