gallery6

“AVİS-in qeydiyyat işlərinin təşkili ilə bağlı altsistemindən və müvafiq sahə üzrə “Hesabat-axtarış” sistemindən istifadə qaydaları” mövzusunda təlim keçirilmişdir

01.08.2019

“AVİS-in qeydiyyat işlərinin təşkili ilə bağlı altsistemindən və müvafiq sahə üzrə “Hesabat-axtarış” sistemindən istifadə qaydaları” mövzusunda 1-2 avqust 2019-cu il tarixində təlim keçirilmişdir. Təlimçi qismində Vergilər Nazirliyinin Dövlət Qeydiyyatı Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili şöbəsinin böyük hüquqşünası Lalə Hüseynova iştirak edib. Hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı təqdim edilmiş sənədlərin araşdırılması zamanı diqqət olunmalı əsas məqamlar barədə məlumat verildi. Dövlət qeydiyyatı prosesinin AVİS-da yerinə yetirilməsi zamanı yaranan problemlərin həlli qaydası. Hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı və təsis sənədlərində baş vermiş dəyişiklilərin qeydiyyata alınması ilə bağlı müraciətlərin araşdırılması zamanı ən çox yaranan sualları cavablanddırılması və problemlərin həlli qaydası. Hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sisteminin tətbiqi barədə məlumat verilməsi. Hüquqi şəxslərin dövlət qeydiyyatı sistemində fin+mobil üsulunun həyata keçirilməsi qaydası və həmin sistemin tətbiqindən irəli gələn problemlər.