gallery6

"Təlimçilər üçün təlim" mövzusunda təlim keçirilib

05.08.2019

5-6 avqust 2019-cu il tarixdə Vergilər Nazirliyinin Tədris Mərkəzində "Təlimçilər üçün təlim" mövzusunda təlim keçirilib. Təlimdə təlimçi qismində Vergilər Nazirliyinin İnsan Resursları Departamentinin Təhsil və inkişaf şöbəsinin əməkdaşı Vahid Məsimov iştirak edib.

Təlimi giriş sözü ilə Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov açaraq təlimin əhəmiyyətindən danışıb.

Təlim iştirakçılarla tanışlıqla başlayıb. Daha sonra təlimçi Vahid Məsimov bu təlimdə müasir təlim üsulları, tədris piramidası, təqdimatın hazırlanması, bədən dilinin təqdimatdakı önəmi, effektiv ünsiyyət bacarıqları ilə bağlı praktiki alətlərin tətbiqini öyrənəcəklərindən danışıb.

Təlim zamanı interaktiv təlim üsulundan istifadə edilərək, iştirakçıların praktiki müzakirə qruplarında qrup işlərini təqdim etməsi də reallaşıb.

Təlimdə dinləyici qismində iştirak edən Vergi orqanlarının əməkdaşları iıə qrup işləri aparıılıb, həmçinin bir sıra təcrübələr aparılıb.

Yekunda iştirakçılar tərəfindən verilən suallar Vahid Məsimov tərəfindən cavablandırılıb.